“Alıcımız çoxdur, qapımıza gəlib aparırlar”
Cənub bölgəsinin ən böyük sitrusçuluq rayonlarından olan Lənkəranda feyxoa yığımı davam edir. Bu il məhsuldarlıq ürəkaçandır. Rusiya, digər MDB ölkələrinə göndərilən məhsul yaxşı qiymətə satılır.
Feyxoa əkini əsasən Lənkəranın Hirkan, Xanbulan, Vilvan, Qurunba, Rvo və Şovu ərazi nümayəndəliklərində yayılıb. Meyvə ağaclarının məhsuldarlığı onun yaşına görədir. Məsələn, 10 yaşlı ağacdan mövsüm ərzində 15-20 kiloqram məhsul yığmaq olur.
Oktyabrın əvvəllərindən bağlarda meyvə yığılır. Lənkəranlı fermer Əliheydər Həsənov deyir ki, bu il məhsul boldur: “Feyxoa elə bir ağacdır ki, qulluq etməsən yaxşı məhsul götürə bilməzsən. Şum aparırıq, peyin, gübrə veririk, alaq otlarını təmizləyirik. Bu il bağlarda məhsul yaxşıdır. On gün qabaq 2 manata, 2 manat 50 qəpiyə satırdıq. İndi bağların hamısından məhsul yığıldığına görə qiymət bir az aşağıdır. Məhsulumuz daha çox Moskva bazarlarına göndərilir. Alıcımız çoxdur, qapımıza gəlib aparırlar”.
İşçi Sürəyya Cavadova hər il bu feyxoa bağında işləyir, ağaclara qulluq edir. “Yığım zamanı iri və xırda feyxoaları çeşidləyərək ayrı-ayrı yeşiklərə tökürük. Çünki hərəsinin ayrı alıcısı olur. İşimizdən razıyıq”, - deyə o vurğulayıb.
Digər sitrus və subtropik ağaclara nisbətən feyxoa az məsrəf, qulluq tələb edir. Buna görə də daha rentabelli sayılır. Əvvəllər satışı zəif olduğuna görə bu sahəyə maraq az idi. Son illər vəziyyət dəyişib. Qurunba kənd sakini fermer Kamal Hüseynovun sözlərinə görə, əvvəllər qiymətlər yüksək olduğundan məhsulu daha çox ixrac etməyə üstünlük verirdilər: “Son 2-3 ildə MDB-yə, digər dövlətlərə göndəririk. Gəlib elə qapıda məhsulu yığırlar. Məhsul hissə-hissə yığılır. Sonra kütləvi yığım başlayır”.
Qeyd edək ki, feyxoa bağlarında yığım dekabrın əvvəllərinədək davam edəcək. Lənkəranda ümumilikdə 500 hektardan çox feyxoa bağı var ki, bunun da 80 faizi məhsuldardır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
-
10 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
13 d. əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 35 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
Ən çox oxunanlar
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)










.jpg)


