“Sovetski”də toplaşmağa cəhd göstərənlər bizə məlum olmayan şəxslərdir"
Bakının Yasamal rayonunun “Sovetski” adlanan ərazisində yaşayan bir qrup sakin “Hacı Cavad” məscidinin köçürülməsi ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir: “Biz Yasamal rayonu Ç. Mustafayev küçəsi 16 ünvanında yerləşən “Hacı Cavad” məscidinin yeni ünvanda, müasir üslubda tikilməsini alqışlayır və hörmətli cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.
Hörmətli, cənab Prezident!
Hacı Cavab məscidi bizim “Sovetski” sakinləri üçün çox əziz olub və qəlbimizdə xüsusi yer tutan dini ibadət yerlərimizdən biridir. Həmin məscidin yeni ünvanda tikilməsi Sizin “Sovetski”də yaşayan sakinlərə yüksək qayğınızın və hörmətinizin təzahürüdür.
Əlavə olaraq qeyd edirik ki, məscidin sökülməsi zamanı toplaşmağa cəhd göstərənlər bizə məlum olmayan və “Sovetski”də yaşamayan şəxslərdir.
Onların hansı məqsədlə toplaşmağa cəhd göstərmələri də bizə məlum deyil. Bir daha bizə göstərdiyiniz xüsusi hörmət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk”.
Xəbər verdiyimiz kimi, Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirdiyinə görə, bu gün Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Əsgər oğlu Mehdiyevi vəzifəsindən azad edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 57 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























