Azərbaycanın qızıl-gümüş istehsal edən şirkəti xalis mənfəətinin azaldığını açıqladı
Dağ-mədən sahəsində fəaliyyət göstərən dövlətə məxsus "AzerGold" QSC 2021-ci ilin 33 milyon 47 min ABŞ dolları xalis mənfəət ilə başa vurub.
Marja.az Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "AzerGold"un xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 31.5% və ya 15 milyon 163 min ABŞ dolları azalıb.
"AzerGold" QSC 2020-ci ili 48 milyon 210 min ABŞ dolları xalis mənfəət ilə bağlamışdı.
Konsolidə edilmiş hesabata görə, ötən il "AzerGold" qrupunun ("AzerBlast" MMC və "Daşkəsən Dəmir Filiz" MMC daxil) xalis mənfəəti isə 29 milyon 402 min ABŞ dolları təşkil edib. Bu, 2020-ci illə müqayisədə 39% və ya 18 milyon 808 min ABŞ dolları azdır. Qrup 2020-ci ili 48 milyon 210 min dollar xalis mənfəət ilə bağlamışdı.
2021-ci ildə satışın maya dəyərinin 40.9% artması nəticəsində xalis mənfəət və EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) göstəricilərində azalma müşahidə edilmişdir. 2020-ci il ilə müqayisədə 2021-ci ildə satışın maya dəyəri 15 milyon ABŞ dolları məbləğində artmışdır.
Qrupun mənfəətinin aşağı düşməsinə hazırda investisiya mərhələsində olan törəmə cəmiyyətlərin 2021-ci il üzrə 3 milyon 645 ABŞ dolları məbləğində zərərləri də təsir göstərmişdir.
"AzerGold" qrupunun satışdan gəlirləri 2020-ci ildə 110 milyon 204 min dollar ikən, 2021-ci ildə 112 milyon 74 min dollarına yüksəlib (1,7% artıb).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























