"“Microsoft Azərbaycandakı nümayəndəliyini bağlayır" xəbərlərinə reaksiya
"Microsoft" şirkəti Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmır.
Bu barədə şirkətdən bildirilib.
"Microsoft"un Azərbaycan ofisi bağlanmır və ehtiyac olarsa şirkət tərəfindən açıqlama yayılacaq", - açıqlamada deyilir.
Məlumata görə, "Microsoft Azərbaycan"dan təxminən 10-a yaxın əməkdaş ixtisar edilib, o cümlədən baş meneceri Qaçay Mirzəyev və bir sıra əməkdaşları şirkətdən ayrılıb.
Bildirilir ki, ixtisar edilən əməkdaşlar əsasən Rusiya və Ukraynada icra edilən və hazırda icrası dayandırılan layihələrdə çalışan işçilərdir.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-lərdə "Microsoft Azərbaycan"ın ölkəmizdəki ofisini bağlaması ilə bağlı məlumat yayılıb.
Həmçinin oxu: Microsoft şirkətinin Azərbaycandakı nümayəndəliyinin bağlanmaq üzrə olduğu bildirilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın "Microsoft"la əməkdaşlığı davam edir: “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir.
Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətinin dayandırılması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir. Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 34 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
16 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
16 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)









