Rabitəbank rəhbərliyi qazi və şəhid ailələri ilə görüş keçirib
(®) Rabitəbank rəhbərliyi 1-ci Qarabağ müharibəsində və Vətən müharibəsində iştirak etmiş qazi və şəhid ailələri ilə görüş keçirib.
Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekinin iştirakı ilə keçirilən bu görüşdə Rabitəbank-ın 8 Noyabr – Zəfər günü ilə bağlı hazırladığı videoçarxın əsas qəhrəmanları iştirak edib.
Məlumat üçün bildirək ki, Rabitəbank-ın 8 Noyabr – Zəfər günü ilə bağlı hazırladığı videoçarx sosial mediada böyük maraqla qarşılanıb. “Ata vəsiyyəti” adlanan videonun əsas süjet xəttini 1-ci Qarabağ müharibəsində qazi olmuş ataların övladlarını necə vətənpərvər ruhda böyütməsi və onların Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olması üçün göstərdikləri şücaət tərənnüm olunub.
Görüşdə Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından, əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açılıb, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilib.
“Rabitəbank olaraq hər zaman şəhid ailələrinin, Qarabağ qazilərinin yanındayıq, dəstək göstəririk. Bu gün qazanılan zəfərin, bütün ölkənin yaşadığı qürur hissinin başlıca səbəbi sizsiniz. Hər birinizlə fəxr edir, şəhidlərimizi hörmətlə yad edirik.” deyə Orhan Gültekin bildirib.
Bankın rəhbərliyi həmçinin vurğulayıb ki, hər zaman öz dəyərlərinə sadiq qalan Rabitəbank müharibə və sonrakı dövrlərdə şəhid ailələri və qazi olmuş müştərilərinə, eləcə də müharibə iştirakçılarına daima dəstək göstərir.
Görüşün sonunda “Ata vəsiyyəti” videoçarxında çəkilmiş qəhrəmanlara rəhbərlik tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.
Videoçarxı izləmək üçün: https://rbt.az/zefergunu
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























