"Xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var"
Ağdaşın heyva bağlarından məhsul yığımı davam edir.
Son illərdə fermerlər Ağdaşda heyvanın 15-dən çox növünü yetişdirməyə nail olublar. Heyvaçılıq əsasən rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi hesab edilir. Kəndlilər bağlarda heyvanın Bəhram, Cardam, Kamil, Əppək, Armudu, İyli, Almalı, Bardaq sortlarının əkilib-becərilməsinə daha çox üstünlük verirlər.
On ildən çoxdur heyvaçılıqla məşğul olan Ağdaşın Orta Ləki kənd sakini Baqi Şıxməmmədov deyir ki, ötən illə müqayisədə bu il məhsul boldur, amma qiymətlər o qədər də ürək açan deyil. Bunun da əsas səbəbi Rusiya ilə Ukrayna arasındakı müharibədir: “Məlum səbəblərə görə xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var. Çalışırıq bu vəziyyətdən zərərsiz çıxa bilək. Məhsullarımızı yerli və xarici bazarlarda satışa çıxarırıq. Qiymətlər məhsulun formasına və həcminə görə 30 qəpikdən 3 manata qədər dəyişir”.
Fermerlərin sözlərinə görə, bu il rayonda havanın əlverişli keçməsi və ağaclara lazımi aqrotexniki qulluğun göstərilməsi bağlarda məhsulun bol olmasına səbəb olub.
Ağdaşda heyvaçılığa maraq ildən-ilə artır, məhsuldar sortların yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Rayonun bir neçə kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan heyva bağlarında, əsasən, ixrac qabiliyyətinə malik sortların yetişdirilməsinə üstünlük verilir. Ağdaşın heyva bağlarında məhsul yığımı oktyabr ayının sonlarında başlayır, növbəti ayın ortalarına qədər davam edir. Tədarük edilən məhsulun 60 faizi payız aylarında yerli bazarla yanaşı, xarici bazarlarda satılır. Bəzi kənd sakinləri bir qədər əziyyətə qatlaşıb məhsulu qış aylarına qədər saxlayır və baha sata bilir.
Orta Ləki kənd sakini Əfqan Əliyev də bir neçə gündür həyətlərində olan heyvanın tədarükünə başlayıb. Yığım prosesi 30-35 gün davam edən heyva əvvəlcə çeşidlənir. “Biz birinci növ heyvanı xarici bazarlara göndəririk, ikinci və üçüncü növü rayon və paytaxt bazarlarına, eləcə də şirə emalı zavodlarına satırıq. Xarici bazara çıxarılan məhsulla yerli bazarda satılan məhsulun qiymətində də fərq var. Ötən illə müqayisədə bu il qiymətlər nisbətən ucuzdur. Heyva yaxşı meyvədir, ondan kompot, mürəbbə, şirə və s. hazırlanır”, - deyə o bildirir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























