“Bank BTB-də yeni vakansiyalar
(®) Bank “BTB” ASC İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vakansiya: İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı
İşçiyə tələblər:
- Ali təhsil (Texniki ixtisaslara üstünlük verilə bilər);
- Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
- LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
- CCNA, CCNP səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır);
- Cisco (switch, router, firewall) avadanlıqları konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
- Şəbəkədəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- Xarici, daxili və beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- Monitorinq sistemi vasitəsilə infrastrukturun şəbəkə elementlərinə nəzarət aparmaq;
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 21 Dekabr, 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Şəbəkə inzibatçısı) göstərməyiniz xahiş olunur.
Digər vakansiyalarla tanış olmaq istəyənlər Bank BTB-nin rəsmi saytına daxil ola bilərlər https://www.btb.az/az/vacancies
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)






