Bank Respublika, Wolt və VISA dünyada ilk dəfə olaraq birgə kobrend kartını buraxdılar
Müştərilərini hər zaman maraqlı və sərfəli təkliflərlə sevindirən Bank Respublika, yerli kommersiya platforması Wolt ilə əməkdaşlıq çərçivəsində, VISA ödəniş sistemi bazasında yeni kobrend kartını bazara təqdim edib.
Məhdud sayda buraxılan yeni Wolt kobrend kartı öz sahiblərinə həm onlayn sifarişlərdə, həm də bank kartından gündəlik istifadədə bir çox üstünlüklər təqdim edir. Belə ki, Wolt kart sahibləri Wolt əlavəsində sifarişlər zamanı eksklüziv endirimlər və sifariş məbləğinin 5%-i həcmində keşbek əldə edəcəklər. Yeni kart VISA ödəniş sisteminin bütün üstünlükləri və “Bank Respublika”nın bank xidmətlərinin rahatlığı var. Qeyd edək ki, Wolt kartı tamamilə PULSUZ və ilkin ödənişsiz təqdim olunur.
Bununla yanaşı, 31 yanvar 2023-cü il tarixinədək davam edəcək kampaniya çərçivəsində müştərilər Wolt xidməti üzrə ödənişlərdən əlavə, bu kartla edilən bütün digər ödənişlər üçün də 1% keşbek əldə edəcəklər.
“Bu kartın ən mühüm xüsusiyyəti – hər biri öz sahəsinin liderlərdən biri olan 3 nüfuzlu şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Mən Wolt və Visa komandalarına Wolt kobrend kartını dünyada ilk dəfə təqdim etmək imkanı verdiklərinə görə təşəkkür etmək istərdim. Əminik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq və müştərilərimiz üçün yeni imkanlar yaradacaq.” - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Biz çox şadıq ki, bizim ko-brend kartımız istifadəçilərə Wolt əlavəsində mövcud olan restoran və mağazalardan alış-veriş edərkən pozitiv təcrübə əldə etmək imkanı təqdim edir. Bu kartla bütün istifadəçilər Wolt-kredit formasında 5% keşbek qazanacaqlar ki, bu da sonrakı sifarişlərdə endirim kimi istifadə oluna bilər. Gələcəkdə biz bu kart əsasında loyallıq proqramı yaratmağı planlaşdırırıq ki, bu da bizə istifadəçilərə yeni və sərfəli təkliflər təqdim etməyə imkan verəcək”, - deyə Wolt şirkətinin Azərbaycandakı baş meneceri Tofiq Süleymanov bildirib.
“Bu gün biz Azərbaycanda nağdsız iqtisadiyyatın fəal inkişafının şahidi oluruq. Söhbət həm ölkədə aparılan əməliyyatların ümumi həcminin artmasından, həm də elektron ticarətin ayrıca sahə kimi inkişafından gedir. Visa bu prosesə öz töhfəsini verir, çünki şirkətin strateji məqsədi insanlara alış-veriş etmək üçün sürətli, rahat və ən əsası təhlükəsiz bir həll təqdim etməkdir. Bu səbəbdən biz, Wolt və Bank Respublika ilə birlikdə sahiblərinə endirimlər və xoş bonuslar təqdim edəcək ilk kobrend kartı təqdim etməkdən məmnunuq. Əminəm ki, bu, Azərbaycan iqtisadiyyatının daha da rəqəmsallaşmasına və inkişafına töhfə verəcək”, - deyə VISA şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 2 d. əvvəl
-
25 d. əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
38 d. əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
1 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
1 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
1 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
-
2 saat əvvəl
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
-
2 saat əvvəl
İti tikinti şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)










.jpg)



