Azərbaycan və Əlcəzair arasında neft-qaz sahəsində əməkdaşlıq sənədi imzalanıb
“Sonatrach” və “Sonelgaz ”şirkətləri ilə əməkdaşlıq müzakirə edilib.Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşüb.
Energetika NAzirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində, həmçinin “Sonatrach” və “Sonelgaz ”şirkətləri ilə əməkdaşlıq müzakirə edilib.
Energetika nazir Pərviz Şahbazov deyib ki, zəngin karbohidrogen ehtiyatlarına malik, mühüm qaz təchizatçıları olan Azərbaycanla Əlcəzair arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün enerji sahəsində geniş potensial var:
“Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər və karbohidrogen sahəsində zəngin təcrübə enerji əməkdaşlığının əhatə dairəsinin genişləndirməsini, qarşılıqlı fəaliyyətin gücləndirilməsini aktuallaşdırır. ”
Görüşdə Azərbaycanla Əlcəzairin qlobal neft bazarının balanslaşdırılması məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlığından bəhs edilib. Hər iki ölkənin neft-qaz, eləcə də bərpa olunan enerji, enerji keçidi üzrə həyata keçirdiyi fəaliyyət və planlaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.
Sonra neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memorandum quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft - kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəd, həmçinin Azeri Light və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınması ilə bağlı araşdırmaların aparılması, neft - qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətlərində fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.
Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov və “Neftqazelmitədqiqatlayihə” İstitutunun direktoru Fəxrəddin İsmayılov da iştirak edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)









