Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub
(®)Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman gənclərin təhsil imkanlarının inkişaf etdirilməsinə dəstək göstərir.
Bu dəfə Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən "Sabirabad Rəqəmsal İnkişaf" (SİRİ) layihəsinin 2-ci buraxılışına Kapital Bank da qoşulub. Kapital Bank "SİRİ" layihəsinə qoşularaq təlimlərdə istifadə etmək üçün 6 ədəd notebook və 1 ədəd rəngli printer hədiyyə edib.
7 dekabr 2022-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin, Milli Məclisin deputatı Kamal Cəfərovun, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovun iştirakı ilə "SİRİ" layihəsinin 1-ci buraxılışının məzunları ilə görüş keçirilib. Tədbirdə sabirabadlı gənclər "SİRİ" layihəsinin təşkilatçılarına təşəkkür etdilər və layihənin davam etdirilməsini xahiş etdilər. Görüşdə "SİRİ” layihəsinin 2-ci buraxılışının 2023-cü ilin mart ayında başlanması və 1-ci buraxılışda yüksək nəticə göstərən məzunların bu prosesə cəlb edilməsi qərara alınıb.
Qeyd edək ki, layihənin məqsədi gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və əmək bazarı üçün kadr potensialının artırılmasıdır. 2022-ci ilin yay aylarında Sabirabaddan olan 180 nəfər gənc arasından müvafiq test və müsahibə aparılaraq, onlardan 10 nəfər iştirakçı qisminə seçilib. Gənclər üçün təlimlərin keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında müvafiq şərait yaradılıb. Nazirliyin mütəxəssisi həftədə 3 dəfə gənclərə onlayn formada, 1 dəfə isə Sabirabada səfər etməklə "FrontEnd" istiqaməti üzrə təlimlər keçib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kaKpitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
33 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























