Kiçik və orta sahibkarların xarici bazarlara çıxmasına yardım ediləcək - Memorandum imzalandı
Bu gün Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı: “Ticarətə hazır ol!” layihəsinin açılış mərasimi keçirilib.
“Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlığa çox böyük önəm verir. Onun sözlərinə görə, “Azərbaycan hökumətinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı: “Ticarətə hazır ol!” layihəsinin həyata keçirilməsi yerli sahibkarların potensialının artırılması, onların istehsal etdikləri məhsulların dünya və Avropa bazarlarına çıxarılmasına dəstək verəcək: “Bu əməkdaşlıq 5 istiqamətdə aparılacaq. Artıq bizim məhsul çıxaracağımız bazarlarımız var və orada biz məhsul satırıq. Ancaq bu layihə çərçivəsində biz spesifik məhsulların satışını həyata keçirəcəyik.”
Nazir müavini deyib ki, bu gün Azərbaycanda kiçik və orta sahibkarların xarici bazarlara çıxışları çox məhduddur: “Biz çalışacağıq ki, onlara dəstək olaq. Digər bir dəstək aspekti isə kiçik və orta sahibkarlara maliyyəyə çıxış əldə etməsi ilə bağlı olacaq. Bu, yerli sahibkarların maliyyə çıxışını da təmin edəcək.
Nazir müavini həmçinin əlavə edib ki, layihə çərçivəsində sahibkarlarımıza konsaltinq məsləhətləri və xarici bazarlara məhsulun çıxarılması ilə bağlı sənədləşdirmə işləri ilə bağlı hüquqi yardımlar göstəriləcək: “Azərbaycan bununla BMT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmiş olacaq. Əminəm ki, bu layihənin icrası faydalı olacaq və öz nəticəsini də verəcək”.
Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Arança Qonzales isə çıxışında Azərbaycan sahibkarlarına Avropa bazarına çıxmaq üçün bəzi standartların alınmasına yardım edəcəklərini deyib. Onun sözlərinə görə, Azərbaycandakı sahibkarların 80%-ə qədəri kiçik və orta sahibkarlardır: “Amma onların yalnız 10%-i ixracatda iştirak edir. Bilirsiniz ki, Avropada gigiyenik tələblər çox sərtdir. Bu tələblərə cavab vermək üçün həmin standartlara uyğun məhsul istehsal etməlisiniz. Beynəlxalq Ticarət Mərkəzi bu işdə Azərbaycan sahibkarlarına dəstək olacaq”.
O qeyd edib ki, qarşıdakı 3 il ərzində Beynəlxalq Ticarət Mərkəzi ixracın keyfiyyət baxımından yaxşılaşmasına dəstək verəcək".
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azpromo tərəfindən Azpromo-nun rəhbəri Rüfət Məmmədov, Beynəlxalq Ticarət Mərkəzi adından isə Mərkəzin icraçı direktoru Arança Qonzales i imzalayıblar.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
6 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
7 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 8 saat əvvəl
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















