Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib
Energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə cari ilin yekunlarına həsr edilmiş növbəti kollegiya iclası keçirilib.
Açılış nitqi ilə çıxış edən kollegiya sədri “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda energetika sahəsinin bütün aspektlərinə dair mühüm tədbirlərin nəzərdə tutulduğu bildirilib və bu tədbirlərin icrasına toxunub.
Sonra iclasın gündəliyinə uyğun olaraq nazirliyin müvafiq struktur bölmələrinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin çıxışları dinlənilib. Sahə üzrə mövcud qanunvericilik aktları, nazirliyin daxili əmrləri və digər normativ hüquqi aktlar çərçivəsində yerinə yetirilmiş tədbirlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr və növbəti addımlar haqqında fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2023-cü il üçün İş Planı” layihəsi nəzərdən keçirilib, layihə üzrə səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.
İclasın sonunda kollegiya sədri müzakirə edilən məsələlərə dair atılacaq addımlar, növbəti ildə qarşıda duran vəzifələr və bu vəzifələrin səmərəli icrası üzrə müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























