Dağıstandan Azərbaycana bıçaqlar və ət məhsulları ixrac ediləcək - MÜQAVİLƏLƏR İMZALANIB
Azərbaycandan olan işgüzar missiyanın Dağıstana səfəri nəticəsində mal və xidmətlərin ixracına dair ilk müqavilələr bağlanıb.
Dağıstan müəssisələri 2023-cü ildən Azərbaycana "Kizlyar" bıçaqları və ət məhsullarının ixrac etməyə başlayacaqlar.
Marja xəbər verir ki, bu barədə Regional İxraca Dəstək Mərkəzindən bildirilib.
“Azərbaycandan işgüzar missiyanın Dağıstana səfəri çərçivəsində mal və xidmətlərin ixracına dair ilk müqavilələr bağlanıb. "Kizlyar" müəssisəsindən Dağıstan bıçaqlarının və "Kizlyar Uritski Ət Kombinatı" tərəfindən istehsal olunan ət məhsullarının yeni ildən Azərbaycana ixracına başlanacaq”, - deyə mərkəzin Telegram kanalında bildirilir.
Qurumun məlumatına görə, həmçinin, nümayəndə heyəti Dağıstan çipsiləri, limonadları və şirələrinin tədarükü ilə bağlı razılığa gələ bilib.
2021-ci ildə Dağıstanla Azərbaycan arasında ixracın həcmi təqribən 8 milyon dollara çatıb, Azərbaycana dondurulmuş və hisə verilmiş balıq, quzu əti, təbii şirələr, meyvə və tərəvəz göndərilir.
Bundan əlavə, Bakıda Dağıstan plitələri (Dağıstan çini daş məmulatları), günəş istilik cihazları, eləcə də mis kabel məmulatları nümayiş oluncaq.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
