Neft və qazdan pul Azərbaycana "sel kimi axmaqda" davam edir
2022-ci ilin 11 ayı ərzində (yanvar-noyar) Azərbaycanın ixracının həcmi - neft-qaz sektoruna daxil olan mallar üzrə 33 milyard 647 milyon 116 min dollar, neft-qaz sektoruna daxil olmayan mallar üzrə 2 milyard 688 milyon 433 min dollar təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 2022-ci ilin 11 ayının ixracının 92,6%-nə bərabər olub.
O cümlədən, 2022-ci ilin 11 ayında Azərbaycandan 18 milyard 318 milyon 642 min dollar dəyərində xam neft, 14 milyard 807 milyon 620 min dollar dəyərində təbii qaz ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 11 ayında Azərbaycanın ixracının həcmi - neft-qaz sektoruna daxil olan mallar üzrə 17 milyard 439 milyon 629 min dollar, neft-qaz sektoruna daxil olmayan mallar üzrə 2 milyard 359 milyon 767 min dollar təşkil etmişdi. Neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 2021-ci ilin 11 ayının ixracının 88%-nə bərabər olmuşdu. O cümlədən, 2021-ci ilin 11 ayında Azərbaycandan 12 milyard 285 milyon 430 min dollar dəyərində xam neft, 4 milyard 479 milyon 131 min dollar dəyərində təbii qaz ixrac edilmişdi.
XARİCİ TİCARƏT ƏMƏLİYYATLARININ HƏCMİ 50 MİLYARD DOLLARA YAXINLAŞIB
Xəbər verdiyimiz kimi, 2022-ci ilin 11 ayında (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 217 milyon 15 min ABŞ dolları, o cümlədən, ixrac əməliyyatları 36 milyard 335 milyon 560 min ABŞ dolları, idxal əməliyyatları 12 milyard 881milyon 466 min ABŞ dolları, saldo 23 milyard 454 milyon 83 min ABŞ dolları təşkil edib. 2021-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 209 milyon 257 min ABŞ dolları, o cümlədən, ixrac əməliyyatları 19 milyard 799 milyon 397 min ABŞ dolları, idxal əməliyyatları 10 milyard 409 milyon 860 min ABŞ dolları, saldo 9 milyard 389 milyon 537 min ABŞ dolları təşkil etmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
50 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 6 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq




















