2 həyat sığortası şirkəti mənfi zonada
Azərbaycanın 3 həyat sığortası şirkətindən 2-si yığdığından çox ödəniş edib.
“Marja” xəbər verir ki, 2017-ci ilin yanvar-may ayları ərzində “PAŞA Həyat Sığorta” ASC 71 milyon 711 min manat sığorta haqları hesablayıb, 15 milyon 119 min manat sığorta ödənişi edib. Qeyd edək ki, “PAŞA Həyat" ən çox sığorta haqları toplamış şirkətdir.
“Atəşgah Həyat” Sığorta Şirkəti isə 13 milyon 55 min manat yığıma qarşı 24 milyon 642 min manat ödəniş, “Qala Həyat” Sığorta Şirkəti isə 7 milyon 372 min manat sığorta haqları yığımına qarşı 9 milyon 60 min manat sığorta ödənişi həyata keçirib.
Qeyd edək ki, “Atəşgah Həyat” və “Qala Həyat”ın ödənişlərinin topladığı sığorta haqlarından çox olması həyatın yaşam sığortası (yığım investisiyası) üzrə ödənişlərin vaxtının çatması ilə bağlıdır. İşləyənlər əmək haqlarının bir hissəsini bu sığortaya yönəldərək, həm sığortalanırlar, həm də yaxşı qazanc əldə edirlər.
Maaş həyat sığortasına necə sərmayə edilir?
Məlumat üçün bildirək ki, Azərbaycanda həyatın yığım sığortası üzrə bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdur. Vergilər Məcəlləsinə görə, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır. Yəni, işçi əmək haqqını tam və ya müəyyən hissəsini həyatın yığım sığortasına yönəldərsə, həmin məbləğə görə gəlir vergisi ödənilmir. Bundan başqa 3 ildən sonra sığorta şirkətinin sığorta olunana ödəyəcəyi məbləğdən də gəlir vergisi tutulmur.
Yığım sığortasının əsas məğzi bundan ibarətdir ki, sığortalı bir hədəf məbləği müəyyənləşdirir və əmək haqqından müəyyən məbləği kənara qoyur. Tutaq ki, hər hansı bir şəxs 18 min manat hədəf müəyyən edərək, sığorta şirkəti ilə 3 illik müddətə müqavilə bağlanılıb, hər ay 500 manat sığortaya köçürür. Əgər müddət ərzində baş verən hadisə nəticəsində sığortalı əmək qabiliyyətin itirərsə və ya dünyasını dəyişərsə 3 ilin nəticəsində götürülmüş hədəfin üzərinə faiz gəliri əlavə edilərək ona və ya onun ailə üzvlərinə ödənilir. Hadisə baş vermədiyi halda isə, yenə hədəf məbləği sığortalıya faizləri ilə bərabər müddətin sonunda təqdim olunur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 14 saat sonra
-
- 10 saat sonra
-
6 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
7 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
7 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
























