Azərbaycanda 4-cü dəfə nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsi keçirilir
EY (keçmişdə Ernst & Young) şirkəti Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərini “EY İlin İş Adamı” 2022-2023 müsabiqəsində iştirak etməyə dəvət edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, “EY İlin İş Adamı” proqramı innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda lider mövqe tutan şirkətlər yarada bilmiş, cəmiyyətə müsbət təsir göstərən uğurlu kiçik və orta sahibkarlıq subyektlərinin namizədliklərini (ərizələrini) qəbul edir.
Kimlər iştirak edə bilər?
-Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir.
-Namizəd şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və rəhbər vəzifə tutmalıdır.
-Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.
-Namizəd son 2 il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir.
Namizədliyi necə irəli sürmək olar?
Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun.
Proqramın cədvəli
-Namizədlik üçün ərizələr 31 dekabr 2022-ci il tarixinədək təqdim edilməlidir.
-Namizədlər 2023-ci ilin fevral ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
-“EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib fevral ayında keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.
-Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.
Münsiflər heyəti
Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi vəyaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.
Məxfilik
Namizədlik irəli sürülərkən təqdim olunan bütün maliyyə və fərdi məlumatlar məxfi hesab ediləcək və müvafiq olaraq qorunacaq.
Tərəfdaşlar və sponsorlar
“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə strateji tərəfdaşlıq çərçivəsində ABB, bp və Veyseloğlu Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə keçirilir. AZPROMO və EKVITA proqramın tərəfdaşları sırasındadır.
“EY İlin İş Adamı” proqramı haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
17 d. əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 18 d. əvvəl
-
27 d. əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
- 59 d. əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Ən çox oxunanlar
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb




















