“ALTEC” aluminium zavodu “YAŞAT” fonduna ianə etdi - MƏBLƏĞ
(®) Şamil Heydərov və Kamal Heydərovun təsisçisi olduğu “ALTEC” aluminium zavodu 31 dekabr Azərbaycanlıların həmrəylik günü münasibətilə daha bir nümunəvi addım atıb.
Zavod, sosial məsuliyyət strateqiyasına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fonduna 15 min manat məbləğində vəsait köçürüb.
Məlumat üçün demək lazımdır ki, "YAŞAT" Fondu ölkə Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il fərmanı ilə təsis edilib. Ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsidir.
Zavod 44 günlük vətən müharibəsi zamanı da cəbhəyə yardım edib. Həmçinin ehtiyacı olan şəhid ailələrinin evlərinin təmir olunmasında və digər ehtiyaclarının qarşılanmasında dəstək olublar. Hazırda, “ALTEC” aluminium zavodunda çalışan bir neçə əməkdaş da 44 günlük vətən müharibəsi iştirakçısıdır
Qeyd etmək lazımdır ki ,“ALTEC” aluminium zavodu Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı, ölkəmizin ictimai həyatında da bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirir.
HƏMÇİNİN OXU: “ALTEC” aluminium zavodunun təqdimat mərasimi keçirilib
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















