“AzerGold”da zərgərlik bazarının inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası keçirilib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari mövzular, o cümlədən strateji inkişaf, büdcə, maliyyə-investisiya, istehsalat, qızılın daxili və xarici bazarlarda satışı, maliyyə bazarında risklərin idarə olunması, zərgərlik bazarının inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.
İclasda çıxış edən Müşahidə Şurasının sədri M.Eynullayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edib. O, Holdinq tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin “AzerGold” QSC-nin cari il ərzində fəaliyyətində müsbət dinamikanın davam etdirilməsi ilə müşayiət olunduğunu diqqətə çatdırıb.
M.Eynullayev bildirib ki, Səhmdar Cəmiyyətin 2022-ci il üzrə ilkin iqtisadi və maliyyə göstəriciləri, strateji əhəmiyyətli layihələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlər orta və uzunmüddətli vədədə qarşıya qoyulan hədəflərə nail olunmasında pozitivliyin qorunub saxlanıldığını deməyə əsas verir.
İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























