"İdxalın kəskin aşağı düşməsinə nail olmalıyıq, əks halda inflyasiya bundan sonra da artacaq"
İnflyasiya ilə bağlı çağırışlar kifayət qədər ciddidir. Bu inflyasiya meyilləri artıq ümumdünya probleminə çevrilir.
Bu barədə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının professoru Elşad Məmmədov deyib.
O bildirib ki, buna bir sıra amilləri səbəb göstərmək olar. Ən önəmli məqamlardan biri hazırda dünya iqtisadiyyatında həm tələb inflyasiyasının, yəni artıq pul kütləsi ilə bağlı olan inflyasiyanın, həm də təklif inflyasiyasının üst-üstə düşməsidir. Çünki istehsal zəncirləri, nəqliyyat-logistika zəncirləri qırılır, resurslar bahalaşır, əlçatanlıq baxımından resurslara çıxış imkanları azalır. Bu da dünya miqyasında qiymətlərin artımını şərtləndirir. Ona görə biz idxalın səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə nail olmalıyıq. Əks halda inflyasiyanın bundan sonra da artacağını proqnozlaşdırmaq olar.
E.Məmmədov qeyd edib ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarına əsasən, idxalın əvəzolunması ilə bağlı tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir, daha da gücləndirilməlidir:
“Biz istehsalın lokallaşdırılmasına, regional iqtisadi əməkdaşlığın dərinləşməsi vasitəsilə ölkəmizdə istehsal olunan məhsulların satış imkanlarının genişləndirilməsinə nail olmalıyıq. Bu baxımdan investisiya ilə bağlı perspektivlər təhlil edilməlidir. Çünki inflyasiya ilə mübarizə nöqteyi-nəzərdən ən effektiv mexanizmlərdən biri daha çox istehsal etməkdir. Daha çox istehsal üçün isə investisiyaların həcmi artmalıdır. Ona görə zənnimcə, ölkədə effektiv daxili investisiya institutu işə düşməlidir. Bank sektorundan bununla bağlı böyük gözləntilər var. Düşünürəm ki, bank sektoru qabaqlayıcı şəkildə ölkədə investisiya artımının generasiya edilməsinə nail olmalıdır. Pul-kredit siyasətinin sərtləşməsinə deyil, yumşalmasına, amma pul kütlələrinin məhz real sektora, investisiyalara yönləndirilməsinə nail olmaq zəruridir”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 14 d. əvvəl
- 17 d. əvvəl
-
42 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dollar üzərində qalmaqdadavam etdirir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb









.jpg)










