ABŞ-da neft quyularının sayı artır
Dünyada neft sahəsinə xidmət göstərən ən böyük şirkətlərdən biri olan Baker Hughes-un həftəlik məlumatlara görə, Amerikanın neft sənayesində bu həftə 7 yeni neft quyusunun qazılmasına başlanıb və qazılan quyuların sayı 763-ə yüksəlib. Qazılan neft quyuları yaxın gələcəkdə hasilatın daha da artmasına səbəb ola bilər.
Beləliklə, ölkədə qazılan neft quyularının sayı son 25 həftənin 24-ündə artb.Yanvar ayında 522 olan qazılan quyuların sayı son 25 həftədə 46 faiz artıb.
ABŞ-da qazılan quyuların sayı 2014-cü ilin Oktyabr ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyəsinə qalxmışdı. Aşağı neft qiymətlərinin Amerikanın neft sənayesinə mənfi təsir etməsilə ötən ilin may ayında 316-ya geriləyərək 80% azalma qeyd etmişdi.
NEFT HASİLATI ARTIR
ABŞ-ın xam neft hasilatı də son 20 həftənin 17-sində artım göstərib.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) dünən açıqlanan məlumatlarına görə, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ-ın xam neft istehsalı, son 20 həftənin 17-sində yüksələrək ötən həftə gündəlik orta hesabla 9,34 milyon barrel olub.
EIA-nın iyun ayı hesabatına görə isə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il də 10 milyon barrel olması gözlənilir.
NEFT 3 FAİZ UCUZLAŞDI
ABŞ-da qazılan neft quyularının sayındakı artımın ardından qlobal bazarda xam neft qiymətləri düşüb.
Baker Hughes-in məlumatlarının ardından, Brent növü nrftin barrel qiyməti 3,1 faiz azalma ilə 46,55 dollardan, Qərbi Texas neftinin barrel qiyməti də 3,1 faiz düşərək 44,05 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 17 d. əvvəl
-
22 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 44 d. əvvəl
-
54 d. əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
11 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
-
15 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Ən çox oxunanlar
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)
.jpg)









.jpg)










