Azərbaycan Niderland şirkətindən də yeni tankerlər ala bilər
İlham Əliyev: Azərbaycan ərazisindən keçən yüklərin həcmi artdığından yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.
Yanvarın 17-də Davosda dövlətimizin başçısı Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb.
Söhbət zamanı dövlətimizin başçısının Arnout Damen ilə əvvəlki görüşü xatırlanıb.
Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirib və görülən işlərdən danışıb.
Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirib.
Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.
Görüşdə, həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edilib.
Qeyd edək ki, dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC yeni tankerlər almaq üçün istiqrazların yerləşdirilməsilə 100 milyon dollar cəlb etmək üzrə işlərə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)


