Elan saytlarında nəyə diqqət etməli?
Elan saytları lazım olan istənilən əşyanı tapmaq və ya lazım olmayanı satmaq üçün son illərdə çıxan ən maraqlı yenilikdir. Artıq istifadə olunmuş hər şeyi birbaşa özümüz sata bilərik. Hazırda Azərbaycanda tap.az, lalafo.az, Facebook Marketplace kimi bir sıra elan saytları fəaliyyət göstərir.
Bəs elan saytlarında sürətli satış etmək üçün elanı necə vermək lazımdır? Bir neçə mərhələdə uğurlu elan üçün vacib məqamları qeyd edirik.
1. Məhsullarınız üçün ayrı-ayrılıqda elan verməlisiniz: Fərqli xüsusiyyətlərə malik məhsul və xidmətlərinizi bir elanda paylaşanız, ziyarətçilərin sayını və elanınızın əlçatanlığı azaldacaq.

2.Kateqoriya müəyyən edərkən diqqətli olmalısınız: Elan vermək üçün ilk addım elanın kateqoriyasını düzgün müəyyən etməkdir. Yalnız üst kateqoriyanı deyil, onun altındakı kateqoriyanı da düzgün seçə bilmək vacibdir. İstifadəçilər bəzən elanı axtarış bölməsini deyil, məhz kateqoriyalar bölməsinə daxil olaraq onlara lazım olan elanı axtarırlar.

3. Təsirli başlıq və təsvir yaratmalısınız: Elanı hazırlanarkən onun başlığı və təsviri məhsulunuzla bağlı alıcıların başına gələ biləcək hər hansı tərəddüdün qarşısının alınması baxımından vacibdir. Axtarış motorlarının işlədiyi ilk yer elan başlıqlarıdır. Başlıqda məhsulunuzu ifadə edən ad, marka, model kimi məlumatları detallı və aydın şəkildə yazmalısınız. Elan başlığında məhsulun başlığına və ya markasına bəzi sifətlər və təriflər əlavə edilə bilər. Lakin bu təriflər qeyri-ciddi və ya havalı ifadələrdən ibarətdirsə, alıcıları çəkindirə bilər.
4.Qiymət və ödəmə zamanı alıcını düşünün: Məhsulunuzun qiymətini müəyyən edərkən bazar həqiqətlərinə uyğunluq göstərin. Bazarda təklif edilən xidmət və məhsulların qiymətlərini araşdırın. Ödəmə zamanı çalışın asan ekosistem təklif edəsiniz. Alıcılar ödəmə asanlığı olan və ya nağdsız əməliyyatlara hazırda daha çox üstünlük verir. Elektron pulqabılar barədə araşdırma edərək, m10 kimi faydalı tətbiqi kəşf etmək olar. Tətbiqi endirib, kartsız və nağdsız əməliyyatlar həyata keçirə bilərsiniz. Alıcılarda daha şəffaf ödəmə şərtləri mütləq ki, müsbət təəssürat yaradacaq.

Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
- 2 d. əvvəl
-
19 d. əvvəl
“Azərmaş Group” MMC-nin satış gəlirləri 28% artıb, mənfəəti azalıb
- 31 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
BOKT yaxın günlərdə Naxçıvanda filialını açacaq
Rəsmi məzənnələr açıqlandı
Tam yeni Dərnəgül dayanacağı istifadəyə verildi
Demet Akalın Bakıda- "Abşeron Mall"da
Ən çox oxunanlar
“Alp Delux” şadlıq evi: "AQTA-nın heç bir işçisi bura gəlməyib, amma haqqımızda qara yalanı yayırlar"
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
ABŞ İranı yenidən vurdu
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib







.jpg)






.jpg)







