Vergi hesabatlarının təqdim olunmamasına görə 40 manatlıq sanksiya ləğv edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə çatdırır. Bu gün sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması barədə dəyişikliyin şərhini Dövlət Vergi Xidmətinin əməkdaşı Anar Cabbarov təqdim edir:
Vergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib. Onlardan biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır.
Təcrübədə bir sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etmir (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu. Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu.
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan, yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunacaq.
Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
57 d. əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)







.jpg)









