Vergi Xidməti əczaçılıq şirkətləri ilə müzakirələr aparıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşlər davam etdirilir.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil olunmuş növbəti belə görüş əczaçılıq sahəsində çalışan şirkətlərin və bu sektoru təmsil edən ictimai birliklərin nümayəndələri ilə onlayn formatda keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, görüşdə ölkəmizdə əczaçılıq sənayesinin inkişafı, istehsal sahələri üçün vergi təşviqi imkanları, dərman vasitələrinin idxalı, logistika, anbar infrastrukturunun təkmilləşdirilməsi, vaxtı keçmiş dərmanların utilizasiyası, bu proses üzrə xərclərin rəsmiləşdirilməsi, ƏDV güzəştlərinin verilməsi ilə bağlı təkliflər səsləndirilib.
Sahibkarların ictimai birlikləri tərəfindən irəli sürülmüş təkliflərə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər baxılması üçün qeydə alınıb.
Dövlət - biznes əməkdaşlığının daha da genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
13 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb






















