Agentlikdən “maklerlər”in təkliflərilə əlaqədar çağırış
Agentli "Vasitəçilik elanlarına, təkliflərə aldanmayın!"Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn qaydada satışa çıxaracağı mənzillərlə bağlı əhaliyə müraciət edib.
Agentliyin mətbuat katibi Murad Haşımov açıqlamasında son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllalların (“maklerlər”) nazirliyin onlayn qaydada satışa çıxardığı mənzillərin alınmasında vasitəçilik təkliflərinə dair elanlarına rast gəlindiyini bildirib.
O, əhalini sui-istifadə, insanları aldadaraq qazanc əldə etmək məqsədi daşıyan belə vasitəçilik elanlarına, təkliflərinə aldanmamağa çağırıb:
"Çünki mənzillərin satışı ms.sosial.gov.az portal üzərindən onlayn qaydada aparılacaq, ona görə də burada vasitəçiyə heç bir ehtiyac yoxdur. Hər kəs də asan və rahat şəkildə həmin portala daxil olub satışa çıxarılan mənzillərlə ətraflı tanış ola bilər. Seçdiyi mənzili də gələn həftənin ilk günü, bazar ertəsi saat 10:00-dan sonra bron edərək ala bilər. Mənzillərin satış prosesi barədə yayımlanmış videotəlimatda bu barədə ətraflı məlumat təqdim olunur. Onu da bildirim ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında yerləşən, tam təmirli, indiyədək istifadə olunmamış, çıxarışlı, bankların ipoteka krediti ilə də alınması mümkün olan mənzillərdir".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 20 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)








.jpg)






