DəmirBank yeni saytını istifadəyə verdi
DəmirBank ASC tam yenilənmiş korporativ saytını istifadəyə verdi. Sayt öz istifadəçilərinə fərqli struktur və bir sıra yenilikləri ilə təqdim olunur.
Həm fərdi, həm də korporativ müştərilərin rahatlığını təmin etmək üçün saytın dizaynı “switch on/off” düyməsi vasitəsilə 2 fərqli hissəyə ayrılmışdır. Belə ki, bu düymə vasitəsilə fərdi müştərilər saytın “həyat üçün” bölməsinə, korporativ müştərilər isə asanlıqla “biznes üçün” bölməsinə keçə bilərlər. Hər bir bölmə görünüş və məlumat baxımından müvafiq müştəri qrupuna uyğun hazırlanılmışdır.
Bundan əlavə, yeni saytda bank məhsullarının onlayn sifarişi, onlayn məsləhətçi və “Zəng sifarişi” xidmətləri də təqdim olunur. Saytda həmçinin Bankın fəaliyəti, yenilikləri, inkişaf strategiyası, maliyyə göstəriciləri və digər Bankla əlaqəli məlumatlar ilə tanış olmaq mümkündür. Saytın rahat daxili naviqasiya sistemi vasitəsilə istifadəçilər onları maraqlandıran məlumatları qısa müddətdə əldə edə bilərlər.
Müştərilər müxtəlif növ məhsul və xidmətlərdən onlara daha uyğun olanını daha tez tapmaq üçün bölmələr daxilində seçimlər formasında qısa yollar əlavə edilib. Belə ki, əmanətlər bölməsində öz istəyinizə uyğun əmanəti seçmək üçün müddət, valyuta və əlavə etmək imkanının olması kimi filtrlardan istifadə etmək mümkündür. Bu isə bütün əmanətlərin şərtləri ilə detallı tanış olmadan, lazım olan əmanət növünü asanlıqla tapmağa imkan yaradır. Bənzər filtrlar kreditlər və pul köçürmələri bölmələrində də var. Əmanət kalkulyatorları vasitəsilə müştərilər yalnız əmanət üzrə əldə edəcəkləri faiz gəlirlərini deyil, həmçinin hədiyyə edilən plastik kart növünü də görə bilirlər.
Saytın bu və digər yenilikləri ilə demirbank.az ünvanına daxil olaraq tanış ola bilərsiniz. Həmçinin, telefon vasitəsilə sayta daxil olanların rahatlığı üçün sayt mobil adaptiv hazırlanılmışdır.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi (012) 149
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
6 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















