Koreya şirkəti Qarabağda Külək Elektrik Stansiyasının tikintisində iştirak etmək istəyir
“2022-ci il 10 dekabr tarixində Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Zəngilan və Qubadlı rayonlarına səfər proqramında iştirak etdim. Proqram əsasında yeni istifadəyə verilmiş Zəngilan hava limanı ilə tanış olaraq, Azərbaycanda inşa edilmiş ilk “ağıllı kənd”ə də baş çəkdim”.
Bunu Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq deyib.
O bildirib ki, Ermənistanla müharibənin bitməsindən yalnız iki il keçməsinə baxmayaraq, irimiqyaslı yenidənqurma layihələri ilə Füzuli və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının açılması, Füzuli-Şuşa yolunun tikintisi, “ağıllı kəndlər”in salınması kimi Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlər heyrətamizdir: “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması layihələri vasitəsilə Azərbaycan hökumətinin və xalqının məcburi köçkünləri tez bir zamanda geri qaytarmağa çalışmaq əzmini hiss etdim”.
Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərin yenidən qurulması layihəsini milli prioritet seçərək yenidənqurma layihələrini sürətlə həyata keçirdiyindən yaxşı xəbərdar olduqlarını da vurğulayıb.
Li İn-Yonq qeyd edib ki, bir çox Koreya şirkəti də Azərbaycanda yenidənqurma layihəsində iştirak etməkdə maraqlıdır. Koreyanın “Securo” şirkəti Kəlbəcər və Laçın rayonlarında 100 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisində iştirak etmək yollarını araşdırır: “Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi Zəngilan ərazisində “ağıllı şəhər”in baş planının və texniki-iqtisadi əsaslandırmanın yaradılmasında iştirak etməkdə maraqlıdır. Koreya şirkətləri bərpa olunan enerji və “ağıllı şəhər” sahələrində mükəmməl texnologiyaya və rəqabət qabiliyyətinə malik olduğundan ümid edirəm ki, Azərbaycanın azad edilmiş regionlarında həyata keçirilən yenidənqurma layihələrində iştirak etmək üçün çoxlu imkanlar olacaq”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
12 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
13 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
13 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)











