Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Embafinans” xalis mənfəətini 16 dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans” xalis mənfəətini 16 dəfə artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“EmbaFinans” bank olmayan kredit təşkilatı 2016-cı ili 1 milyon 77 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” BOKT-ın 2016-cı il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə “Embafinans”ın xalis mənfəəti 16 dəfə artıb. “BOKT EmbaFinans” MMC 2015-cı ili 66 min 779 manat xalis mənfəət ilə başa vurmuşdu.

 

2015-ci illə müqayisədə “EmbaFinans”ın faiz gəlirləri 7,9 milyon manatdan 4,7 milyon manata geriləsə də, şirkət xərclərini və itikilərini azaltması sayəsində yüksək mənfəətə nail olub.

 

31 Dekabr 2016-cı il tarixində “Embafinans” 21,9 milyon manat cəmi aktivlərə, 9,1 milyon manat cəmi öhdəliklərə və 12,9 milyon manat cəmi kapitala malik olub.  

 

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” MMC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.

10.07.2017 10:20
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18