BVF Rusiya üçün proqnozunu yaxşılaşdırıb, ABŞ üçün pisləşdirib
Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatı ilə bağlı növbəti iki il üçün proqnozunu yaxşılaşdırıb, ABŞ üçün isə 2024-cü il üçün proqnozuni 0,2 faiz bəndi aşağı salıb.
Marja.az Fondun proqnozlarına istinadən xəbər verir ki, Rusiya Federasiyasında iqtisadi tənəzzül 2022-ci ildə proqnozlaşdırılan 3,4% yox 2,2% səviyyəsində olub. BVF 2023-cü ildə Rusiya iqtisadiyyatının (ümumi daxili məhsulunun - ÜDM) 0,3% artacağını proqnozlaşdırır ki, bu da ötən ilin oktyabr ayı proqnozundan 2,6 faiz bəndi yaxşıdır. Proqnoza görə, 2024-cü ildə Rusiya iqtisadiyyatı 2,1% artacaq, bu, eyni dövr üçün oktyabr ayı proqnozundan 0,6 faiz bəndi yaxşıdır.
Qlobal iqtisadiyyat üçün BVF 2024-cü ildə 3,1% artım gözləyir ki, bu da ötən ilin oktyabrından 0,1 faiz bəndi daha pisdir. 2023-cü ildə 2,9% artım gözlənilir ki, bu da oktyabr ayı proqnozundan 0,2 faiz bəndi yaxşıdır.
Fondun 2024-cü il üçün ABŞ iqtisadiyyatı ilə bağlı gözləntiləri pisləşib. İndi BVF 2024-cü ildə ABŞ-da, oktyabr proqnozundan 0,2 faiz bəndi aşağı olmaqla 1% artım proqnozlaşdırır. BVF-nin proqnozuna görə, 2023-cü ildə ABŞ iqtisadiyyatı 1,4% artacaq ki, bu da oktyabr ayı proqnozundan cəmi 0,4 bəndi çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
4 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
18 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib


















