Şəkərin qiyməti son 6 ilin ən yüksək səviyyəsinə çatıb
Şəkər qiyməti 2016-cı ilin noyabrından bu yana ən yüksək həddə çatıb.Ötən həftə əmtəə bazarında müşahidə olunan müsbət tendensiya bu həftə volatilliklə əvəz olunub. Bir çox əmtəələrin qiymətlərində, xüsusən də buğdada ucuzlaşma olsa da, şəkərin qiyməti artmaqda davam edir.
Marja xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah açıqlayacağı pul siyasəti qərarları öncəsi qlobal bazarlarda risk iştahı azalsa da, dolların bahalaşmasının da təsiri ilə əmtəə bazarında mənfi kurs davam edir.
FED-in sabah faiz dərəcələrini 0,25 baiz bənd artıracağı gözlənilsə də, bankın yayacağı məlumatın mətnindəki ifadələr və FED sədri Jerome Powellin açıqlamaları böyük əhəmiyyət kəsb edir.
FED-in bazarlarda uçot dərəcəsi artımını harada dayandıracağına dair qeyri-müəyyənliyin aktiv qiymətlərinə təsirini davam etdirdiyinə diqqət çəkən analitiklər, sabahkı iclasla bu məsələyə aydınlıq gətiriləcəyini bildiriblər.
Intercontinental Exchange-də (ICE) xam şəkər qamışının qiyməti ( US Sugar #11) 21,77 dollara yüksələrək 2016-cı ilin noyabr ayından bu yana ən yüksək səviyyəsinə çatıb. (US Sugar #11 müqaviləsi 112.000 funt xam qamış şəkərini ifadə edir).
Hindistanda şəkər istehsalının azalacağı ilə bağlı proqnozların qiymət artımına səbəb olduğunu bildirən analitiklər, ölkədə şəkər istehsalının azalması ilə qlobal tədarük problemlərinin arta biləcəyi gözlənilir.
Analitiklər Hindistanın dünyanın ən böyük şəkər istehsalçısı, Braziliyanın isə dünyanın ən böyük şəkər ixracatçısı olduğunu və buna görə də bu iki ölkədə baş verən hadisələrin qiymətlərə təsir etdiyini bildiriblər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 19 d. əvvəl
-
23 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
37 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"



















