Qazaxıstan 2023-cü ildə neft hasilatını 90,5 milyon tona çatdıracaq
Qazaxıstanın energetika naziri Bolat Akçulakov bu il neft hasilatını 90,5 milyon tona çatdırmağı hədəflədiklərini açıqlayıb.
Marja xəbər verir ki, Akçulakov nazirliyin geniş iclasında ölkənin enerji sektoru ilə bağlı açıqlamalar verib.
2022-ci ildə 84,2 milyon ton neft hasil etdikləri barədə məlumatı paylaşan Akçulakov, 2023-cü ildə bu həcmi 90,5 milyon tona çatdırmağı hədəflədiklərini bildirib.
Akçulakov 2022-ci ildə hasil edilən ümumi neftin 64,3 milyon tonunu ixrac etdiklərini, bu il isə 71 milyon ton neft ixrac etməyi planlaşdırdıqlarını bildirib.
Nazir Akçulakov ötən il ölkədə 13,7 milyon ton neft məhsulları istehsal edildiyinə diqqət çəkərək, “Bildirmək istərdim ki, 2022-ci ildə Aİ-92 markalı benzin və dizel istehsalında rekord həddə çatmışıq” deyib.
Akçulakov təbii qaz hasilatının 2022-ci ildə 53,2 milyard kubmetr reallaşdığını və bu il üçün planlarının 55 milyard kubmetr olduğunu bildirib.
Akçulakov növbəti illərdə illik neft hasilatını artırmaq üçün ölkənin üç ən böyük neft yatağında genişləndirmə işlərinin aparıldığını da bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 21 d. əvvəl
-
27 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 37 d. əvvəl
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Ən çox oxunanlar
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər

















