Mitsubishi Motors-un xalis mənfəəti 3 dəfə artıb
Yaponiyanın avtomobil istehsalçısı Mitsubishi Motors-un 31 dekabrda başa çatan 2022-2023 maliyyə ilinin doqquz ayında xalis mənfəəti əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə artaraq 130,754 milyard yen (1 milyard dollar) təşkil edib.
Marja xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında bildirilir.
Bir səhm üzrə xalis mənfəət bir il əvvəlki 30,06 yen (0,26 dollar) ilə müqayisədə 87,85 yen (0,68 dollar) təşkil edib.
Şirkətin gəlirləri 27,5% artaraq 1,805 trilyon yenə (13,9 milyard dollar) çatıb.
Bütün 2022-2023-cü maliyyə ili üçün Mitsubishi Motors 140 milyard yen (1,08 milyard dollar) həcmində səhmdarlara aid xalis mənfəət gözləyir. Şirkət gəlirlərinin 21,6% artaraq 2,48 trilyon yen (təxminən 19,1 milyard dollar) olacağını proqnozlaşdırır.
Mitsubishi Motors 1954-cü ildə qurulan Mitsubishi Corp.-un bir hissəsidir. Korporasiya enerji, metallurgiya, maşınqayırma və istehlak malları sektorlarında aktivlərə malikdir və 80-dən çox ölkədə fəaliyyət göstərir. Mitsubishi Corp.-un baş qərargahı Tokioda yerləşir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 18 d. əvvəl
-
22 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
36 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"






















