Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək?

Fevralın 15-dən Azərbaycan ərazisinə daxil olacaq istənilən mobil telefonlar Dövlət Gömrük Xidmətinin rəsmi saytında bəyan edilməlidir. Bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilib.
Telekommunikasiya cihazlarının satışını həyata keçirən ticarət şəbəkələrindən birinin kommersiya direktoru Orxan Sadiq bildirib ki, bu yenilik işə düşəndən sonra ən böyük zərbəni müxtəlif yollarla ölkə ərazisinə mobil telefon gətirərək, satışını həyata keçirən kiçik mağazalar alacaq:
"Smartfonların gömrükdə məcburi bəyan edilməsi birbaşa brendlərlə çalışan, rəsmi, orta və böyük sahibkarlıq subyektlərinin işinin daha da yaxşı olmasına gətirib çıxara bilər. Bu, müştərilər üçün faydalı olacaq. Belə ki, müştərilər keyfiyyətli, rəsmi zəmanətli və servis xidməti göstərilən mobil cihazlardan istifadə edə biləcəklər. Ölkə ərazisinə fərqli yollarla, rəsmi şəkildə gətirilməyən mobil cihazların uyğunluq sertifikatı və rəsmi zəmanəti isə sual altında olur. Qeyri-rəsmi yollarla ölkə ərazisinə gətirilən smartfonların qiymətləri də fərqli olur. Bu da sağlam rəqabət mühitinə zərər vurur. Sözügedən dəyişiklik bu kimi halların yaşanmasının qarşısını alacaq”.
O.Sadiq vurğulayıb ki, dəyəri 800 ABŞ dolara qədər olan və şəxsi istifadə üçün gətirilən mobil cihazlara görə gömrük rüsumun ödənişi nəzərdə tutulmayıb və sadəcə smartfonun bir ay ərzində İMEİ kodunun qeydiyyatdan keçirərək istifadəsini davam edə bilər. Lakin mobil telefon 800 ABŞ dollardan bahadırsa, bu məbləğdən artıq olan hissəsindən gömrük ödənişlərin ödənilməlidir:
“Məsələn, fiziki şəxs xaricdən 1000 ABŞ dollarlıq mobil cihaz gətirirsə, onun 200 ABŞ dolları olan hissəndən 36 %-in ödənilməsi nəzərdə tutulur. Beləliklə, xaricdən gətirilən mobil cihazlar istər şəxsi istifadə üçün, istərsə də, satış məqsədi ilə gətirildiyi halda mütləq "Smart Customs"da bəyan edilməlidir".
Şirkətin kommersiya direktoru hesab edir ki, yeni qayda şəxsi istifadə məqsədi iüçün xaricdən telefon gətirən insanlar üçün müəyyən çətinliklər yarada bilər:
“Şəxsi istifadə üçün xaricdən telefon gətirənlərin sayı azlıq təşkil edir. Düşünürəm ki, bu kimi hallarda sözügedən şəxslərə müəyyən güzəştlər edilsə, daha yaxşı olar”.
“AzInTelecom” MMC sorğusuna cavab olaraq bildirib ki, mobil cihazın İMEİ kodunun nömrəsi daha öncə Mobil Cihazların Qeydiyyat Sistemində (MCQS) qeydiyyatdan keçirilibsə, istifadəçi dəyişdikdə belə təkrar qeydiyyatdan keçirilməsinə ehtiyac yoxdur:
“Mobil cihazların qeydiyyatının aparılması qaydası” Azərbaycan Respublikasının ərazisində beynəlxalq rouminq (xarici telekommunikasiya operatorunun abunəçisinin SİM kartı vasitəsilə Azərbaycan Respublikasında mobil operatorların şəbəkələrindən xidmət alması) xidmətindən istifadə edən abunəçilərə şamil olunmur. Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən şəxsi istifadə məqsədilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 gün müddətində bu qaydaya uyğun qeydiyyatdan keçirilməlidir. 30 gün müddət bitdikdən sonra qeydiyyatdan keçirilməyən mobil cihazların istifadəsi məhdudlaşdırılacaq".
Bildirilib ki, cari ilin 15 fevral tarixindən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefonlar gömrük orqanlarında bəyan edilməzsə, mobil telefonların İMEİ nömrəsi MCQS tərəfindən qeydiyyata alınmayacaq: "Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat almaq mümkündür. Mobil cihazın bəyan edilməsi üçün isə bu keçiddən istifadə etmək olar: https://e.customs.gov.az/for-individuals/passenger-declaration
Qeyd edək ki, “Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliyə əsasən ölkə ərazisinə gətirilən mobil telefonlar Dövlət Görük Xidmətinin rəsmi saytında bəyan edilməlidir. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.
Prezident İlham Əliyevin təsdiqlədiyi, Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000 – 1 500 manat hüquqi şəxslər isə 3 000 – 4 000 manat məbləğdə cərimə ediləcək.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 saat əvvəl
-
22 saat əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 3 gün əvvəl
-
3 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 3 gün əvvəl
-
3 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
3 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 3 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
