Azercell-dən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinə dəstək
Lider mobil operator Türkiyəyə ezam olunmuş FHN əməkdaşlarının balansını təmənnasız şəkildə artırıb
(®) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirirlər.
Azercell, öz növbəsində, bu ağır zamanda qardaş ölkəyə dəstək olan xilasedicilərin yanındadır. Lider mobil operator bu çətin missiyanın öhdəsindən layiqincə gələn xilasedicilərə öz təşəkkürünü bildirərək onları kəsintisiz rabitə əlaqəsi ilə təmin edib. Azercell Türkiyəyə ezam edilən fakturalı və fakturasız xətt abunəçilərinin balansını təmənnasız şəkildə artırıb. Qeyd edək ki, siyahı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilib və abunəçilərə vəsait artımı barədə SMS göndərilib.
Xatırladaq ki, bir neçə gün öncə Azercell Türkiyənin təbii fəlakət bölgələrində olan bütün abunəçilərinin rouminq balansını təmənnasız şəkildə artırıb.
“Azercell Telekom” MMC Türkiyədə böyük fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 38 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
