Hindistanın ixracını təşviq edən qurum Azərbaycan şirkətləri ilə əlaqələr qurur - BAKIDA TƏDBİR
Azərbaycan və Hindistan şirkətlərinin iştirakı ilə tədbir keçirili.Hindistanın Bakıdakı Səfirliyi, Chemexcil ilə birgə 24 fevral 2023-cü il tarixində Azərbaycan və Hindistan şirkətlərinin nümayəndələrinin iştirakı ilə hibrid rejimdə “Hindistan-Azərbaycan: boyalar, piqmentlər, qeyri-üzvi kimyəvi maddələr və aqrokimyəvi məhsullar sahəsində ticarət imkanlarının araşdırılması” mövzusunda tədbir təşkil edib.
Səfirliyin yaydığı məlumatda bildirilir ki, bu sektorda işgüzar əməkdaşlıq əlaqələrinin qurulması potensialını araşdırmaq məqsədilə 20-yə yaxın Azərbaycan şirkəti tədbirdə fiziki rejimdə iştirak etmək üçün JW Marriott Abşron otelində toplaşıb, onların hindistanlı həmkarları isə virtual rejimdə tədbirə qoşulublar.
Chemexcil (Əsas Kimyəvi maddələr, Kosmetika və Boya maddələrinin İxracının Təşviqi Şurası) 1963-cü ildə Hindistanın Ticarət və Sənaye Nazirliyi tərəfindən boya və boya maddələri, əsas qeyri-üzvi və üzvi kimya, o cümlədən aqrokimya, kosmetika, sabunlar, gigiyena məhsulları, efir yağları, xüsusi kimyəvi maddələr, sürtkü yağları və gənəgərçək yağı kimi məhsulların xarici ölkələrə ixracının təşviqi məqsədilə yaradılıb.
Açılış nitqi ilə şıxış edən Chemexcil-in İcraçı Direktoru cənab S.G. Bharadi qeyd edib ki, Hindistanın kimya sənayesinin həcmi 163 milyard ABŞ dolları təşkil edir və 2025-ci ildə bu məbləğin 304 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. O, əlavə edib ki, kimya sənayesi Hindistan iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olub, Hindistanın ÜDM-nin təqribən 6,7% -ni təşkil edir.
Tədbirdə çıxış edən Hindistanın Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Vinay Kumar Hindistanın kimya sənayesinin 80 mindən çox kommersiya məhsulunu əhatə etməklə çoxşahəli olduğunu bildirib. O, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi və Hindistandan Azərbaycana kimya məhsullarının ixracının artırılması üçün geniş imkanların olduğunu vurğulayıb. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə fəaliyyət göstən Hindistan şirkətləri haqqında daha ətraflı məlumatı www.indianbusinessportal.in portalında əldə etmək olar.
Tədbirin gedişində, Azərbaycan Bitki Mühafizəsi Vasitələri və Gübrə İstehsalçıları və İxracatçıları Assosiasiyasının Katibi Aybəniz Həsənova Azərbaycanın aqrokimya sənayesi və pestisidlərin qeydiyyat prosedurları haqqında məlumat verib.
Tədbir zamanı, Chemexcil Direktor müavini cənab Prafulla Walhe “Hindistanın kimya sənayesinin ixrac imkanları” mövzusunda təqdimatla çıxış edib, daha sonra isə Hindistan kimya sənayesini təmsil edən şirkətləri təqdimat ediblər.
Azərbaycan Boya istehsalı sektonu təmsil edən Sobsan şirkətinin Tədqiqat və İnkişaf Departamentinin rəhbəri cənab Məhəmməd Bilge boyalar və piqmentlər ilə bağlı öz peşəkar təcrübələrərini bölüşərək Azərbaycanın Hindistanın kimyəvi məhsullarına olan ehtiyacları ilə bağlı məlumat verdi. Daha sonra digər azərbaycanlı iştirakçıların təqdimatı keçiriib və tədbirin sual-cavab hissəsində Hindistan və Azərbaycan şirkətləri arasında səmərəli işgüzar müzakirələr aparılıb.
Azərbaycanın statistik məlumatlarına əsasən, 2022-ci ildə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 154,6% artaraq 1,882 milyard ABŞ dolları təşkil edib. Bu müddət ərzində, Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşına çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 5 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















