Böyük Britaniyada italyan restoranları pomidorsuz qalıb
Guardian: İngiltərədəki italyan restoranları məhsul çatışmazlığı səbəbindən pomidordan imtina edirİngiltərədəki italyan restoranları məhsul qıtlığı və qiymətlərin artması fonunda yeməklərində pomidordan imtina edirlər.
Marja xəbər verir ki, bu barədə The Guardian yazır.
"Pomidorsuz makaron və pizzaya hazır olun" - nəşr qeyd edib.
Böyük Britaniyadakı italyan restoranları qiymətlərin artması fonunda pomidordan istifadəni məhdudlaşdırmağa, qiymətləri qaldırmağa və bəzi hallarda "Pasta al Pomodoro" yeməyini menyularından çıxarmağa məcbur olurlar.
İngiltərədəki İtalyan Aşpazlar Federasiyasının məlumatına görə, pomidorun qiyməti son bir ildə dörd dəfə artaraq bir qutu üçün 5 funt-sterlinqdən 20 funt-sterlinqə yüksəlib.
Federasiya sədri Enzo Oliveri hətta qiymətlərin artması və Brexit səbəbindən Britaniyada bir sıra italyan restoranlarının bağlanacağını da istisna etməyib.
“Mən tunelin sonunda işıq görmürəm” - deyən o, hökuməti pomidora tavan qiymət tətbiq etməyə çağırıb.
Həmçinin, Britaniyanın bir sıra ərzaq supermarket şəbəkələri pomidor, bibər, xiyar, kahı, kahı, brokoli, kələm və moruq da daxil olmaqla bir neçə növ meyvə və tərəvəzə məhdudiyyətlər tətbiq edib.
Bundan əvvəl “Daily Telegraph” qəzeti məlumat vermişdi ki, britaniyalılar, tədarük edən ölkələrdə, o cümlədən Mərakeş və İspaniyada məhsulun zəif olması səbəbindən pomidor qıtlığı ilə üzləşiblər.
Bu il Mərakeşdə əkin sahələri daşqın və aşağı temperaturdan, İspaniyada isə uzun müddət davam edən soyuq hava səbəbindən zərər çəkib. Bundan əlavə, Ukraynada münaqişənin kəskinləşməsindən sonra gübrələrin bahalaşması da qıtlığa öz təsirini göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
2 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 2 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Ən çox oxunanlar
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar












.jpg)








