Türkiyənin xarici ticarətində rekord kəsir
Xarici ticarət kəsiri yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 38,4 artaraq 10 milyard 290 milyon dollardan 14 milyard 237 milyon dollara yüksələrək rekord səviyyəyə çatıb.Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, yanvar ayında ölkənin xarici ticarət kəsiri 14,24 milyard dollar olub. Yanvarda kəsir 2022-ci ilin eyni ayı ilə müqayisədə 38,4% artıb.
Marja xəbər verir ki, yanvar ayında ixrac əvvəlki ilin eyni ayın ilə müqayisədə 10,3% artaraq 19,4 milyard dollar, idxal isə 20,7% artaraq 33,6 milyard dollar təşkil edib.
İxracın idxala nisbəti 2022-ci ilin yanvarında 63% ikən, 2023-cü ilin yanvarında 57,6% faizə enib.
Almaniya yanvar ayında ixrac üzrə birinci yeri tutub
Almaniyaya ixrac 1,8 milyard dollar, ABŞ-a 1,2 milyard dollar, Rusiyaya 1 milyard dollar, Böyük Britaniya 954 milyon dollar, İtaliyaya 916 milyon dollar təşkil edib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 30,6 faizini təşkil edib.
İdxalda birinci yeri Rusiya tutub. Yanvar ayında Rusiyadan idxal 5 milyard dollar təşkil edib. Rusiyanın ardınca 4,3 milyard dollarla İsveçrə, 3,6 milyard dollarla Çin, 1,8 milyard dollarla Almaniya və 1,2 milyard dollarla ABŞ gəlir. İlk 5 ölkədən idxal ümumi idxalın 47,4 faizini təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)









