Azərbaycan ərzaq məhsulları üzrə özünü təmin edən ölkələr siyahısında 66-cı yerdədir
Azərbaycan Qida Təhlükəsizliyi İndeksində 66-cı yerdədir."The Economist"-in qida ehtiyaclarının ödənilməsinə dair 113 ölkəni əhatə edən araşdırmasını - "Qlobal Qida Təhlükəsizliyi İndeksi 2022"ni açıqlayıb.
Marja xəbər verir ki, Dünyada özünü qida ilə təmin edən ilk 3 ölkə Finlandiya, İrlandiya və Norveçdir.
Reytinqdə dünyanın 4-cü özünü qida ilə təmin edən ölkəsi Fransadır, ardınca Hollandiya və Yaponiya gəlir. Azərbaycan bu ölkələrdən xeyli geridədir. Ölkəmiz 59.8 bal ilə 113 ölkə arasında 66-cı yerdədir.
İlk 10-luğa daxil olan digər ölkələr İsveç, Kanada, İngiltərə və Portuqaliyadır.
Türkiyə siyahıda 49-cu yerdədir.
Siyahının sonunda Yəmən, Haiti və Suriya yer alıb.
Hesabatda ölkələr arasında qida təhlükəsizliyi fərqinin sürətlə genişləndiyi və həll yolunun innovasiya olduğu vurğulanıb.
İndeksin alt andekslərindən biri olan Ərzaq qiymətlərinin əlçatanlığında Azərbaycan 48-ci yerdə qərarlaşıb. Qeyd edək ki, qardaş Türkiyə bu alt indeks üzrə 81-ci yerdədir.
Ərzaq məhsulları ilə özünütəminat İndeksində 60-cı yerdən öndə olan ölkələrdə vəziyyət "yaxşı", sonra olan ölkələrdə isə "pis" kimi qiymətləndirilir.
İndeks ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








