Aselsan şirkəti 2022-ci ili rekord artımlar ilə başa vurub
Türkiyənin Aselsan şirkəti 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Aselsan-ın illik dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 75% artaraq 35,3 milyard TL-yə ( cari məzənnə ilə 3 milyard 177 milyon manat) çatıb.
Şirkətin xalis mənfəəti isə 2021-ci illə müqayisədə 67% artaraq 11,9 milyard TL (1 milyard 71 milyon manat ) təşkil edib.
Şirkətin öz kapitalının aktivlərə nisbəti 52% olub.
Aselsan şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Prof. Dr. Haluk Görgün şirkətin il sonu maliyyə nəticələrini belə qiymətləndirib:
“2022-ci ildə Aselsan olaraq, ölkəmizi milli və beynəlxalq arenada təmsil edərək, daxili və milli gücümüzlə istehsal etdiyimiz yüksək texnologiyalı layihələrimizi həm ölkəmizdə, həm də qlobal arenada istifadəçilərimizə təqdim etdik. 2022-ci ildə 75% artan gəlirimiz 35,3 milyard TL-yə çatıb.
2022-ci ildə alışlarımızın 70 faizini ölkə daxilində qarşılayaraq tədarükçülərimizə təxminən 23,4 milyard TL ödədik. 2022-ci ildə 160 müxtəlif məhsulun milliləşdirilməsi prosesini uğurla başa çatdırdıq. Beləliklə, son 3 ildə milliləşdirdiyimiz məhsulların sayını təqribən 670-ə çatdırmaqla ölkəmizdə 500 milyon ABŞ dollarının qalmasını təmin etdik.
2022-ci ildə biz Aselsan məhsullarını bu günə qədər satışı həyata keçirilməyən 3 yeni ölkəyə ixrac etdik. Son 4 ildə məhsul ixrac etdiyimiz ölkələrin sayı 18 ölkə aratarq 81-ə çatıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
17 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 39 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)





.jpg)




