Qlobal bazarlarda son vəziyyət - - GÜNƏ BAXIŞ
FED-in növbəti toplantısı yaxınlaşdıqca pul-kredit siyasətindəki şahin duruşun nə vaxta qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənliklər fonunda investorlar FED rəsmilərinin açıqlamalarını diqqətlə izləyirlər.
FED rəsmiləri monetar siyasətlə bağlı şifahi rəhbərliyini davam etdirərkən, Atlanta FED sədri Rafael Bostiç bankın hələlik 0.25%-lik artımlara sadiq qalmasının tərəfdarı olduğunu bildirib.
Yüksək inflyasiya və güclü əmək bazarı nəzərə alınmaqla FED-in daha çox iş görməsi lazım ola biləcəyini qeyd edən Bostiç, yüksək faizlərin iqtisadiyyata təsirinin yaz aylarından etibarən ciddi şəkildə hiss olunmağa başlana biləcəyini qeyd edib.
Boston FED sədri Susan Collins də inflyasiyanın qarşısını almaq üçün daha çox faiz artımına ehtiyac olduğunu bildirib.
FED İdarə Heyətinin üzvü Kristofer Uoller qeyd edib ki, məşğulluq və inflyasiya məlumatları güclü qalsa, faiz dərəcələrini 5.1-5.4% aralığının üzərinə qaldırmaq lazım gələ bilər.
Uoller, son məlumatların inflyasiyanın azaldılması üçün mübarizənin gözlənildiyindən daha yavaş və daha uzun sürə biləcəyi fikrini dəstəklədiyini ifadə etdi.
Cümə axşamı açıqlanan makroiqtisadi göstəricilərə gəldikdə isə ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 25 fevral ilə bitən həftədə gözləntiləri geridə qoyaraq 190 minə düşüb.
Analitiklər bildiriblər ki, işsizlik müavinəti üçün müraciətlərin azalması əmək bazarının güclü qaldığını göstərir.
Ötən ilin dördüncü rübündə ABŞ-da kənd təsərrüfatından kənar əmək məhsuldarlığının artımı 3%-dən 1.7%-ə enib. FED-in izlədiyi inflyasiya göstəricilərindən biri olan əmək vahidi qiymətindəki artım eyni dövrdə 1.1%-dən 3.2%-ə redaktə edilib.
ABŞ istiqraz bazarlarında satış təzyiqi davam edərkən, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 4%-in üzərində qaldı.
Qeyd edək ki, bu gün Avrozona, İngiltərə, Almaniya və Amerikada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Hazırda Qiymətli Metallar Bazarında 1838$-dan təklif edilən qızıl 1850$ həddinin altında qaldığı müddətdə eniş tendensiyasını davam etdirə bilər. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1831$-ın altına düşsə, 1820$ və 1800$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 d. əvvəl
-
- 22 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















