Naxçıvanda böyük məbləğdə kapitala malik 6 şirkət qeydiyyata alınıb
Naxçıvanda böyük məbləğdə nizamnamə kapitalına malik 6 şirkət qeydiyyata alınıb
Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar ayında böyük məbləğdə nizamnamə kapitalına malik olan bir sıra şirkəti qeydiyyata alıb. Şirkətlərin hüquqi ünvanı Naxçıvan şəhəridir.
2023-cü il yanvarın 12-də 8 milyon 249 min 982 manat nizamnamə kapitalı ilə “GƏMİQAYA İNŞAAT” MMC qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Vüsar Məmmədovdur.
Bundan başqa, yanvarın 17-də “NAXPROPERTY-S” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 4 milyon 232 min 400 manat, qanuni təmsilçisi Arif Yusifovdur.
Arif Yusifov, eyni zamanda, 300 min manat nizamnamə kapitalı olan “ASAF-M” MMC-nin qanuni təmsilçisidir. Şirkət 2023-cü il yanvarın 16-da qeydiyyata alınıb.
Bundan əlavə, Naxçıvan şəhərində qeydiyyata alınmış 3 şirkətin “CALAL-N” MMC (nizamnamə kapitalı 414,4 min manatdır), “NUSRAT-H” MMC (nizamnamə kapitalı 500 min manatdır) və “GUNDUZ-M” MMC-nin (nizamnamə kapitalı 360 min manatdır) qanuni təmsilçisi Zamin Məmmədovdur.
Şirkətlərin fəaliyyət sahələri barədə məlumat verilmir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















