Azərbaycanda bahalı turistik ZONALAR
Azərbaycanlıların xaricdə istirahəti dedikdə ilk ağla gələn ölkə Gürcüstandır. Qonşu ölkə həm infrastrukturu, həm təbiəti, həm dənizi, həm də xidmət qiymətləri baxımından azərbaycanlılar üçün əlverişli və əlçatan sayılır. Amma manatın 2015-ci ildə iki dəfə devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunur.
“Gürcüstanda qiymətlər bahalaşıb”
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bunun səbəblərini açıqlayıb. O bildirib ki, ilk növbədə buna səbəb ölkədaxili turizmin artan templə inkişaf etməsidir:
“Digər tərəfdən, bizdəki qiymətlər sabit olaraq qalıb. Neftin ucuzlaşması və manatın devalvasiyasından sonra turizm sektorunda qiymət dəyişikliyi baş verməyib. Ən əsası isə Azərbaycan təhlükəsizlik məsələlərinə görə digər ölkələri üstələyir. Bu baxımdan ölkəmiz daha stabil və daha sabitdir. Hətta bura gələn qonaqlar da bu nüansı qeyd edirlər. Dördüncü amil əvvəlki illərlə müqayisədə Gürcüstanda xidmət qiymətlərinin bahalaşmasıdır”.
“Ən bahalı xidmət sahələri İsmayıllı, Qəbələ, Şəkidədir”
M.Ağakərimov bildirib ki, hazırda həm Azərbaycana gələn turistlərin sayında, həm də daxili turizmin çəkisində artım var:
“Mən bunu praktikaya, öz müşahidələrimə əsaslanaraq bildirirəm. Kabinetdə verilən rəqəmlər isə çox vaxt yanlış ola bilir. Statistika bir rəqəm açıqlayır, nazirlik başqa rəqəm. Ona görə də mən rəqəmlərə inanmıram. Mən bu yaxınlarda şimal-qərb zonasında- Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ və Şəkidə oldum. Oradakı bütün otellərlə maraqlandım, yeni açılan Marxal oteldə oldum. Ondan əvvəl isə Quba, Qusar, Xaçmaz zonasına səfər etdim. Həqiqətən də turistlərin sayında artım var.
Bunların arasında xidmət qiymətlərinə görə ən ucuzu şimal-şərq (Quba, Qusar, Xaçmaz) zonasındadır. Qiymətlərə görə sonrakı yeri cənub zonası-Masallı, Lənkəran, Lerik tutur. Ən yüksək qiymətlər şimal-qərbdə - Qəbələ, Şəkidədir. Bu da ərazidəki otellərin çox ulduzlu və komfortlu olması ilə bağlıdır.
Turistlər arasında həm xaricilər, həm də yerlilər var. Xaricilər içərisində ərəblər, ruslar üstünlük təşkil edir. Hətta bu il Gürcüstandan Azərbaycana gələnlərin sayında artım müşahidə olunur.
Qara Qarayev metrostansiyasının yaxınlığında açılmış yeni oteldə qalanların böyük əksəriyyəti Gürcüstandan gələnlərdir.
Rusiyadan gələn turistlərin sayı da ildən-ilə artır. Azərbaycandakı sabitlik və insanlarımızın qonaqpərvərliyi turistləri cəlb edir. Qonaqpərvərliyə görə dünyadakı beş-altı xalqdan biri bizik. Bu ənənə bizdə qədimdən qalıb ki, ən yaxşı yorğan-döşəyi, ən yaxşı yeməyi qonaqlar üçün saxlayırıq. Cəlbedicilik baxımından Azərbaycan mətbəxini xüsusi vurğulamaq istərdim”.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















