Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

Bu qlobal platformaya NVIDIA, Nokia, Samsung və digər nəhəng şirkətlərdə üzv olublar.
AzVak-mobil_resmin_ustu_31
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın aparıcı İKT şirkəti Azerconnect Group MDB regionunda ilk dəfə süni intellekt əsaslı yeni nəsil radio şəbəkələrinin inkişafı üzrə alyansa – AI RAN Alyansına qoşulub.

NVIDIA, Nokia, Samsung və digər nəhəng şirkətlərin də üzv olduğu qlobal platforma mobil şəbəkə infrastrukturunun süni intellekt texnologiyaları əsasında təkmilləşdirərək daha ağıllı, çevik və səmərəli şəbəkə arxitekturalarının formalaşdırılmasını həyata keçirir.

Alyansa qoşulmaqla Azerconnect Group süni intellekt əsaslı mobil şəbəkə sahəsində qlobal və qabaqcıl texnologiyalara çıxış imkanlarını daha da genişləndirəcək.

NVIDIA-nın GPU (Qrafik Prosessor Modulu) əsaslı radio emalı və süni intellekt dəstəkli RAN alqoritmləri kimi innovativ həllərin tətbiqi şəbəkə dayanıqlılığının və spektr səmərəliliyinin artırılmasına töhfə verəcək. Həmçinin GPU əsaslı radio şəbəkələr üzərində müxtəlif süni intellekt tətbiqlərinin rahat istifadəsini təmin edəcək. Eyni zamanda, ağıllı enerji optimallaşdırma həllərinin tətbiqi şəbəkə əməliyyatlarında daha yüksək səmərəliliyin təmin olunmasına və şirkətin dayanıqlılıq hədəflərinin dəstəklənməsinə xidmət edəcək. Azerconnect Group-un AI-RAN Alyansına üzvlüyü  6G texnologiyalarına hazırlıq strategiyasında mühüm mərhələnin başlanğıcıdır.

Qeyd edək ki, AI-RAN Alyansına üzvlük İKT sahəsində yerli mütəxəssislərin innovativ texnologiyalardan yararlanma imkanlarını daha da artıracaq. Platforma çərçivəsində Azerconnect Group əməkdaşları beynəlxalq ekspertlərdən ibarət işçi qrupları ilə birbaşa əməkdaşlıq edəcək, həmçinin müxtəlif texniki sessiya və təcrübə mübadiləsi platformalarında aktiv iştirak edəcəklər.

AI-RAN Alyansı haqqında

AI-RAN Alyansı telekommunikasiya sənayesində Radio Giriş Şəbəkələrinə (RAN) süni intellekt texnologiyalarının inteqrasiyasını sürətləndirmək məqsədilə yaradılmış qlobal əməkdaşlıq platformasıdır. 2024-cü ildə təsis olunan alyans telekommunikasiya ekosisteminin aparıcı iştirakçılarını bir araya gətirərək innovasiyaların təşviqinə, qabaqcıl təcrübələrin formalaşdırılmasına və RAN infrastrukturlarının məhsuldarlığını, əməliyyat səmərəliliyini və çevikliyini artıran yeni nəsil süni intellekt həllərinin inkişafına töhfə verir.

Azerconnect Group haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Azerconnect Group Azerconnect AI RAN Alyansı AI-RAN Alliance Azerconnect AI-RAN Azerconnect süni intellekt süni intellekt əsaslı şəbəkə yeni nəsil radio şəbəkələri radio giriş şəbəkəsi RAN texnologiyası AI RAN texnologiyası 6G texnologiyası 6G hazırlığı Azərbaycanda 6G Azərbaycanda süni intellekt İKT şirkətləri Azərbaycanın aparıcı İKT şirkəti mobil şəbəkə infrastrukturu ağıllı mobil şəbəkə süni intellekt dəstəkli RAN NVIDIA Nokia Samsung GPU əsaslı radio emalı NVIDIA GPU
04.06.2026 16:02
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Yayın ilk böyük endirimi!
Yayın ilk böyük endirimi!
04.06.2026 11:58
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19