“Çənlibel” kampinq zonası yaradılıb
İlk dəfə bir aqroturizm təsərrüfatında “Çənlibel” kampinq zonası yaradılıbKənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən, fermer Elman Yüzbaşova məxsus “Hope Lake” təsərrüfatı olub.
Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.
9 ha ərazisi olan “Hope Lake” təsərrüfatı iri və xırdabuynuzlu heyvanların saxlanılması üzrə ixtisaslaşıb. Eyni zamanda burada arıçılıq və quşçuluqla da məşğul olunur. Tam orqanik məhsul hazırlanması tendensiyası üçün turistlərə təklif olunan qidaların əksəriyyəti (mürəbbələr, kompotlar, turşular, süd və ət məhsulları və s.) təsərrüfatda istehsal olunur. Burada balıqçılıqla məşğul olmaq üçün göl də mövcuddur. Təsərrüfatın bir hissəsində isə üzüm bağı salınıb. Təsərrüfat sahəsi dağ ətəyində yerləşir ki, bu da turistlər üçün dağa çıxmaq, hikinq etmək, dağ yabanı meyvələrindən bəhrələnmək imkanı yaradır.
“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri həyata keçirilib, ilk dəfə bir aqroturizm təsərrüfatında “Çənlibel” kampinq zonası yaradılıb. Təsərrüfatda turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə hamam və sanitar qovşaq inşa olunub, ərazi abadlaşdırılıb, işıqlandırma işi yenidən təşkil edilib. Eyni zamanda təsərrüfat müxtəlif avadanlıq və əşyalarla (çadır, divan, oturacaq, stol-stul və s.) təmin olunub.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 5 d. əvvəl
-
-
48 d. əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
4 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir


















.jpg)




