“Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaq üçün tələsməməlidir”
“Mərkəzi Bankının uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərini dəyişməz saxlaması qərarını doğru hesab edirəm”.
Bunu “Marja”ya açıqlamasında iqtisadçı Samir Əliyev bildirib.
Onun sözlərinə görə, indiki kövrək və inzibati sabitlik fonunda xüsusilə də uçot dərəcəsinin dəyişdirilməsi qeyri-sbitlik risklərini artıra bilər:
“Hazırda əsas bankın qarşısında aşağı inflyasiya və məzənnə sabitliyi kimi hədəf dayanır. Məzənnə sabitliyi - inzibati rıçaqlar, iqtisadi aktivliyin məhdudlaşdırılması hesabına müvəqqəti də olsa təmin edilib. Ancaq inflyasiyanı cilovlamaq hələki mümkün olmur. Xarici və daxili amillər ikirəqəmli inflyasiyanı dəstəkləməkdə davam edir. Devalvasiya gözləntilərinin tam aradan qalxmaması, üstəgəl dövriyyənin azalması sahibkarları qiymət siyasətində yumşalma aparmağa tələsdirmir. Eyni zamanda, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin bahalaşmaqda davam etməsi inflyasiyanı birrəqəmli səviyyəyə düşməsinə imkan vermir. 2017-ci ildə tədiyyə balansının vəziyyətinin yaxşılaşması, Neft Fondunun vəsaitləri valyuta bazarında sabitlik yaradaraq manata güvənlik verir. Ölkəyə valyuta gətirən neftin qiyməti ötən illə müqayisədə artıb, ölkədən valyuta çıxaran idxal və kapital axını isə azalıb, Bütün bunlar valyuta ehtiyatlarını dəstəkləsə də bu dəstək qısamüddətlidir”.
Samir Əliyev qeyd etdi ki, 2017-ci ilin ikinci yarısı Mərkəzi Bankın iş yükü xeyli artacaq, iqtisadiyyatda gərginlik bir qədər güclənəcək:
“Həm xarici, həm daxili amillər iqtisadiyyatda qeyri-sabitlik meyillərini gücləndirəcək. Dünya bazarlarında neftin ucuzlaşması proqnozları və FED-in uçot dərəcələrini artırması ehtimalının qalması manata təzyiqlərin davam edəcəyindən xəbər verir. Eyni zamanda, Azərbaycanın əsas xarici təfədaşlarının valyutalarının (rubl, avro, lirə) ucuzlaşması da qeyri-neft ixracımıza çətinliklər yaradır. Mövsümlə əlaqədar ərzaq məhsullarının bahalaşması, qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsullar və xidmətlərin tariflərinin artırılması ehtimalı (nəqliyyat, dizel və s.) ilin sonuna doğru inflyasiyanı gücləndirə bilər. Digər tərəfdən ilin son ayları büdcə xərcləmələrində intensivliyin artması pul kütləsin artmasını şərtləndirə bilər. Belə vəziyyətdə Mərkəzi Bank monetar siyasəti yumşaltması inflyasiyanı alovlandıra bilər və iqtisadiyyat üçün arzuolunmaz daha sərt addımlar atmasına vadar edə bilər. Ona görə Mərkəzi Bank uçot dərəcəsini azaltmağa tələsməməlidir və gələcəkdə keçiriləcək növbəti iclasında bugünkü qərarı davam etdirməlir”.
İqtisadçı əlavə etdi ki, depozit hərraclarında müşahidə edilən yüksək tələb də manatın sabitliyinə və müddətin qısalığına əsaslanır: “Əgər hərraclarda faiz dərəcəsi dəyişmirsə, bu halda cəlbedilmiş depozitin müddətini artırmaq (məsələn, 28 günə qədər) məqsədəuyğun olardı. Sonda qeyd edim ki, real sektorun problemlərini monetar üsullarla həll etmək olmaz, uzağı müvəqqəti sabitlik yaratmaq olar. İqtisadiyyata monetar müdaxilələrin uzunmüddətli olması iqtisadiyyatda aktivliyi məhdudlaşdırır, sahibkarların ucuz pula çıxışını çətinləşdirir. Son aylar bəzi büdcə təşkilatlarında maaşların gecikdirilməsi siqnalları prosesin indiki şəkildə uzunmüddət davam etdirməyin mümkünsüz olduğunu göstərir. Buna görə də kosmetik dəyişikliklərdən əl çəkib fundamental dəyişikliklər barədə düşünmək lazımdır”.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir.
Mərkəzi Bank iclasdan sonra yaydığı açıqlamasında, “Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb” -şəkildə qeyd etmişdir.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
-
-
1 saat əvvəl
11 ayda dövlət büdcəsinin gəlirləri proqnozu 324,6 milyon manat üstələyib
-
1 saat əvvəl
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
2 saat əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
2 saat əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
2 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
3 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Sahil Babayev iclas keçirdi
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Ən çox oxunanlar
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət “Bir pəncərə”dən idarə oluncaq - FƏRMAN



























.jpg)



