Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi

Azərbaycanla texnologiya və investisiya əməkdaşlığı müzakirə edilib. Nümayəndə heyəti AFAZ-ın baş sponsoru olan KARVAN L şirkətində olmuş və şirkətin yeni iri investisiya layihəsi ilə tanış olublar.
AzVak-mobil_resmin_ustu_31
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Africa–Azerbaijan Cooperation (AFAZ) təşkilatının dəvəti ilə Nigeriyanın Milli Texnologiya İnkubasiyası Şurasının (NBTI) Baş Direktoru və Baş İcraçı Direktoru Dr. Kazeem Kolawole Raji Azərbaycana rəsmi səfər etmişdir.

Africa–Azerbaijan Cooperation (AFAZ) Azərbaycan ilə Afrika ölkələri arasında ticarət, investisiya, innovasiya, təhsil, turizm və biznes əməkdaşlığının inkişafını təşviq edən beynəlxalq platformadır. Təşkilatın əsas məqsədi dövlət qurumları, biznes dairələri və investorlar arasında etibarlı əməkdaşlıq körpüsü yaratmaq, qarşılıqlı investisiyaları və iqtisadi əlaqələri genişləndirməkdir.

Səfər çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), ASAN Xidmət və Azərkosmos ilə görüşlər keçirilmiş, texnologiya, innovasiya, rəqəmsal transformasiya, startap ekosistemi və sahibkarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Nümayəndə heyəti, həmçinin AFAZ-ın baş sponsoru olan KARVAN L şirkətində olmuş və şirkətin yeni iri investisiya layihəsi ilə tanış olmuşdur. Layihə Nigeriya nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanmış, sənaye, texnologiya və investisiya istiqamətlərində gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Görüşlər zamanı Azərbaycan və Nigeriya arasında iqtisadi, texnoloji və investisiya əməkdaşlığının inkişafı, eləcə də Nigeriya şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə, biznes forumlarında, investisiya tədbirlərində və innovasiya platformalarında fəal iştirakının təşviqi məsələləri müzakirə edilmişdir.

AFAZ bundan sonra da Azərbaycan ilə Afrika ölkələri arasında davamlı iqtisadi tərəfdaşlığın qurulması, birgə layihələrin həyata keçirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

İş elanları AzVak.az-da

Kazeem Kolawole Raji NBTI Milli Texnologiya İnkubasiyası Şurası Nigeriya nümayəndə heyəti Azərbaycana rəsmi səfər Azərbaycan Nigeriya əlaqələri ticarət əməkdaşlığı investisiya əməkdaşlığı innovasiya əməkdaşlığı texnologiya əməkdaşlığı rəqəmsal transformasiya startap ekosistemi sahibkarlıq biznes əməkdaşlığı beynəlxalq platforma qarşılıqlı investisiyalar iqtisadi əlaqələr IDDA İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ASAN Xidmət Azərkosmos KARVAN L investisiya layihəsi iri investisiya layihəsi sənaye əməkdaşlığı texnologiya və innovasiya Afrika ölkələri ilə əməkdaşlıq Azərbaycan Afrika biznes əlaqələri biznes forumları beynəlxalq sərgilər investisiya tədbirləri innovasiya platformaları biznes missiyaları
29.06.2026 13:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar