"Azərikard" şirkəti "TezÖdə" ödəniş alətinin təqdimatını keçirib - FOTO
Hazırda "TezÖdə" "ASAN Xidmət" mərkəzlərində, hava limanlarında, parkinq və yanacaq doldurma stansiyalarında kontaktsız və avtomatlaşdırılmış ödəniş imkanı yaradır.(®) 24 Noyabr 2023-cü ildə Azərikard şirkəti özünün unikal, innovativ "TezÖdə" ödəniş alətinin təqdimatını keçirib.
Tədbir tərəfdaş bankların nümayəndələrini, aparıcı fintex şirkətlərini, strateji tərəfdaşları və digər dəyərli qonaqları bir araya gətirərək, dinamik və olduqca pozitiv bir mühit yaradıb.
Azərikard-ın baş direktoru Fərid Quliyev tədbiri açaraq, şirkətin 26 illik uğurlu yolundan strateji istiqamətlərindən və "TezÖdə" ödəniş alətinin xüsusiyyətlərindən danışıb. O, komandaya və tərəfdaşlara şirkətin inkişafına dəyərli töhfələri üçün təşəkkürünü bildirib.
"TezÖdə" ödəniş alətinin rəhbəri və partnyorlarla əlaqələrin idarə olunması şöbəsinin müdiri Emin Mehdiyev, 2022-ci ildə istifadəyə verilən "TezÖdə" alətinin hüdudsuz imkanlarını qeyd edib. O çıxışında, "TezÖdə" ilə “ASAN xidmət” mərkəzlərində, hava limanlarında, parkinq və yanacaq doldurma stansiyalarında sadə və əlçatan kontaktsız və avtomatlaşdırılmış ödəniş imkanlarına toxunub.
Azərikard-ın baş direktorun müavini Zakir Əhmədov "TezÖdə" alətinin gələcək inkişaf istiqamətləri və planları haqqında ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və Heydər Əliyev Beynəlxalq Aeroportun direktoru Teymur Həsənov çıxış ediblər. Natiqlər "TezÖdə"nin müştəri ehtiyacları və gözləntiləri nəzərə alınaraq hazırlandığını vurğulayıblar.
Tədbir çərçivəsində Azərikard və Özbəkistan Respublikasının İnnovasiyalar və Texnologiyaların Transferi üzrə Milli Ofisi, eləcə də Azərikard və IT Park Özbəkistan arasında strateji əməkdaşlıq memorandumları imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində "TezÖdə" ödəniş alətinin Özbəkistan Respublikasında tətbiqi və bank kartları və fintex sahəsində ən yaxşı dünya və regional təcrübələrin birgə öyrənilməsilə əməkdaşlığı nəzərdə tutulur.
Tədbir "TezÖdə" ödəniş alətinin əsas iştirakçılarının "TezÖdə-nin İlk Müştərisi və İlk Ödənişi", "Ən Çox Ödəniş Qəbul Edən Operator" və "Ən Fəal Qeydiyyat Aparan İşçi" kimi nominasiyalar üzrə mükafatlandırılması ilə sona çatıb.
Ətraflı: www.tezode.az
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























