Aqrar Sığorta Fondunun zərərlər üzrə ödənişləri artır
Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edibAzərbaycanda aqrar sahədəki təsərrüfatları sığorta edən Aqrar Sığorta Fondu tərəfindən müxtəlif hadisələr nəticəsində sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə ödənişləri artır.
Fonddan verilən məlumata görə, 2023-cü ilin 11 ayında ölkədə sığortalanmış fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 742 min manat ödəniş edilib. Təsərrüfatlara edilən ödənişlər eyni zamanda həm bitkiçilik, həm də heyvandarlıq üzrə dəymiş zərərləri əhatə edir.
Hesabat dövründə bitkiçilik təsərrüfatları üzrə 2 milyon 44 min manat, heyvandarlıq təsərrüfatları üzrə isə 698 min manat həcmində sığorta ödənişi edilib.
Qeyd edilib ki, Aqrar Sığorta Fondu 2021-ci ildə təsərrüfatlara dəyən zərərlər üzrə fermerlərə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat ödəniş edib. Başqa sözlə, 2023-cü ilin 11 ayında həyata keçirilən ödənişlər əvvəlki illərdən daha artıqdır. Buna səbəb ölkədə aqrar sığorta istifadəçilərinin sayının artması, eləcə də qeyri-sabit hava şəraiti və təbiət hadisələrinin çoxalmasıdır.
Xatırladaq ki, dəyən zərərlərə görə aqrar sığorta ödənişləri yalnız sığortalı fermer və təsərrüfatlara edilir. Aqrar Sığorta Fondu tərəfindən əkin sahələri, bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığortalanır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, o cümlədən bitkiçilik və heyvandarlıq təsərrüfatlarının sığortalanması üçün tariflərlə bağlı geniş məlumatı fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
45 d. əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
1 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
1 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
2 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















