"Azərişıq" barəsində iş açılıb
"Azərişıq" 1 aylıq müddəti gözlənilmədən elektrik enerjisinin verilişi dayandırıb.Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətləri əsasında "Azərişıq" ASC-də rəqabət qanunvericiliyinin pozulmasına dair iş qaldırıb.
Agentlikdən bildirilib ki, istehlakçıların elektrik enerjisi borclarına görə elektrik təchizatının qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmədən dayandırılması ilə bağlı "Azərişıq" barədə aparılan araşdırma yekunlaşıb.
Müraciətlərdə qeyd olunub ki, istehlakçıların elektrik enerjisi üzrə borcu hesablandıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən elektrik enerjisinin verilişi dayandırılır.
Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün təbii inhisar subyekti olan "Azərişıq" barəsində iş qaldırılıb.
Bundan əlavə, Agentliyə daxil olmuş vətəndaş müraciətləri əsasında qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı məsələlər də araşdırılır. Müraciətlərdə həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar "Azərişıq" tərəfindən mənfi rəylərin verilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması ehtimalı göstərilir.
Hazırda bu məsələ üzrə araşdırma davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























