Yeni gəmilərin Bakıda tikintisinə dair müqavilə imzalandı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Bakı Gəmiqayırma Zavodu" MMC arasında dənizdə neft-qaz hasilatına xidmət edəcək yeni gəmilərin tikintisinə dair müqavilə imzalanıb. 3-ü sərnişin, 4-ü dalğıc gəmisi olmaqla, ümumilikdə 7 yeni gəmi tikiləcək.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq neft-qaz sənayesində göstərilən dəniz nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən donanmanın yenilənməsi işləri də diqqətdə saxlanılır.
QSC-nin yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə SOCAR-ın dəstəyi ilə ötən dövrdə mühüm addımlar atılıb, dənizdə neft-qaz hasilatında işləmək üçün nəzərdə tutulan müxtəlif tipli gəmilər alınaraq müvəffəqiyyətlə istismara verilib. SOCAR ilə uğurlu əməkdaşlığın davamı olaraq yaxın illərdə 3-ü sərnişin, 4-ü dalğıc gəmisi olmaqla, ümumilikdə 7 yeni gəminin tikintisi barədə qərar verilib. Razılığa əsasən, bu gəmilərin inşası Bakı Gəmiqayırma Zavodunda (BGZ) həyata keçiriləcək.
Bu gün həmin gəmilərdən 4-nün tikintisinə dair ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilənin imzalanması mərasimi keçirilib.
Müqaviləyə əsasən, BGZ 18-24 ay ərzində ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik 3 ədəd sərnişin və 1 ədəd dənizin 60 metr dərinliyində işləmək üçün nəzərdə tutulan hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.
İmzalanma mərasimində bildirilib ki, beynəlxalq standartların tələblərinə uyğun tikiləcək gəmilər geniş texniki imkanlara malik olacaq və ölkəmizin neft-qaz hasilatı istiqamətində görülən işlərdə dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaqlar.
Tədbirdə o da vurğulanıb ki, tikiləcək sərnişin gəmiləri aparıcı dizayn şirkəti tərəfindən layihələndirilib. Dalğıc gəmisinin inşası isə “ASCO Mühəndislik” MMC-nin təqdim etdiyi layihə əsasında həyata keçiriləcək və bu gəmi Xəzər dənizində üzən ilk hibrid mühərrikli dalğıc gəmisi olacaq. ASCO-nun ekoloji siyasətinə, eləcə də Beynəlxalq Dənizçilik Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uyğun inşa ediləcək bu gəmi həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.
Əlavə edilib ki, müqavilənin imzalanması mərasimində ASCO, BGZ, SOCAR nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasında təhsil alan iki nəfər əlaçı IV kurs tələbəsi də iştirak edib. Tədbirdən əvvəl ASCO sədri Rauf Vəliyev tələbələri qəbul edərək, onlarla gəmiçilik sahəsində ölkəmizdə həyata keçirilən layihələrdən və qarşıda duran hədəflərdən danışıb. Sədr görüşdə gələcəyin mütəxəssislərinə ixtisaslarını yaxşı mənimsəmələri barədə tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 25 d. əvvəl
- 28 d. əvvəl
-
29 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























